//Sınqri(Seungri) haqqındakı iddialardan adını təmizlədi

Sınqri(Seungri) haqqındakı iddialardan adını təmizlədi

14 may səhəri Sınqri haqqında çıxan iddialarla bağlı həbs qərarı istənildiyi üçün məhkəmə qarşısına çıxarıldı.

Məhkəmə iddiaları və Sınqrini dinlədikdən sonra hadisə ilə bağlı qərar təyin etmək üçün növbəti mərhələyə keçdi. Sınqri məhkəmədə izahat verdikdən sonra polis tərəfindən nəzarətə alındı. Cənubi Koreya qanunlarına görə nəzarət altına alınan və məhkəmə qarşısına çıxarılan şəxs məhkəmə qərarı çıxana qədər nəzarətdə qalmalı və qaçma ehtimalı olduğu üçün əlləri qandallanmalıdır.

Sınqri(Seungri)-nin həbs edilməsi tələbi Seul Mərkəzi Rayon Məhkəməsi tərəfindən rədd edildi.

May ayının 14-ü Sınqri ilə bağlı həbs qərarı Seul Mərkəzi Rayon Məhkəməsi hakimi Şin Conq Yol(Shin Jong Yeol) tərəfindən rədd edilib. Qərarın ləğvi ilə bağlı olaraq hakim : “İddiaları sübut etmək çətindir. Dəlil və sübutlar kifayət qədər olmadığından Sınqrinin günahkar adlandırmaq olmaz.” -deyib. Nəticədə Sınqri, haqqında deyilən iddiaların sübutları olmadığından bəraət qazanıb.

Sınqri məhkəmə zamanı müxtəlif iddialar ilə günahlandırılırdı. Həmin iddialara cavab olaraq Sınqri 70 səyfəlik izahat yazaraq məhkəməyə təhvil verib.

1) Şirkət pulunun mənimsənməsi.

Məhkəmə zamanı Sınqrinin mənimsədiyi iddia edilən 500 milyon vonluq məbləğin Burning Sun klubunun konsaltinq şirkətləri olan Nemo Partners və Monkey Museu-ə hər birinə 264 milyon von pul yatırıldığı sübut olundu. Həmçinin, məhkəmə nümayəndəsi Sınqrinin şirkətdə sadəcə 8% hissəsi olduğunu buna görə də bu cür pul köçürmələri və şirkətin maddi məsələləri ilə bağlı qərar verə biləcək vəzifədə olmadığını bildirib.

2) Fahişəlik

Yuri Holdings-in CEO-su Yu İn Sok, Sınqrinin fahişəliklə bağlı hadisələrdən xəbərinin olmamasını etiraf edib. Bundan əlavə məhkəmə fahişəlik iddiaları ilə bağlı heç bir sübutun olmadığını və buna görə də onu günahlandıra bilməyəcəklərini bildirib. Sınqrinin Filippində və Yeni il yığınacağında fahişəliklə məşğul olduğu iddiaları sübut olunmadığından və həmin məclisdə olan insanlarla aparılan istintaqlarda məclisdə iştirak edənlər ailələri və dostları ilə birlikdə olduqlarını , elə hadisələrin olmadığı haqqında ifadələr verib. Polis bütün bunları göz önünə alaraq sübutların kifayət etməməsi səbəbi ilə bağlı iddianı rədd edib.

Sınqrı 14 may axşamı haqqında deyilən iddialardan adını təmizləyərək evinə buraxılıb. Sınqri atası və prodüsseri ilə birlikdə binadan ayrılıb.

Həmçinin, Burning Sun hadisələrini başladan Kim Sanq Kyo(Kim Sang Kyo) haqqında polis prokurorluqdan həbs qərarı istəyir. Kim Sanq Kyo bu günə qədər heç kəsə qarşı cinsi zorakılıq etmədiyini söyləyirdi. Lakin polis hadisəni tamam fərqli şəkildə araşdırıb. Polis ilk döyülənin Kim Sanq Kyo olmadığını, əksinə Burning Sundakı bir müştərinin olduğunu təsdiqləyib.

Medya qarşısına çıxaraq ağlayan və Burning Sunda cinsi zorakılığa məruz qalmış qadına kömək edərkən döyüldüyünü deyən Kim Sanq Kyo haqqında polis araşdırma aparıb. Nəticədə məlum olub ki, Kim Sanq Kyo 3 qadına təcavüz edib. Polis : “Kim, cinsi zorakılığı xatırlamadığını deyir və iddiaları rədd edir. Ancaq istintaq Kimin günahkar olduğunu göstərir.”

Polis 4 qadının Kim Sanq Kyo tərəfindən təcavüzə məruz qaldığını, lakin qadınlardan birinin sübutunun olmadığını bildirib. 3 qadınla bağlı isə polis sübutları olduğunu deyib.

Kim Sanq Kyo ona hücum edenin Burning Sun idarəçisi və təhlükəsizlik işcisi olan Canqmo olduğunu bildirmişdi. Polis isə hücum edənin cinsi istismara məruz qalmış qadının tanışı olan Çe(Choi) olduğunu bildirib. Çe(Choi), Kim Sanq Kyonun A-ya qarşı etdiyi cinsi təcavüzü görmüş və Kim Sanq Kyonu vurmuşdu. Kim, klubda narahatcılıq çıxartmaq və klub işçilərini döyməklə günahlandırılır. Polis Kimlə bağlı prokurorluğa baş vuracağını bildirib.

__

Həmçinin Kim Sanq Kyonun KakaoTalk skandalı ilə bağlı həbs olunan JJY ilə də yaxın münasibəti olduğu məlum olub.

Kim Sanq Kyo son hadisələrdə adı çəkilən Glass Holding CEO-su Yu İn Sok ilə birlikdə golf, şam yeməyi və s. görüşmələr də keçirib.

Məhkəmə yekunlaşdıqdan sonra Sınqrinin hərbi xidmətə qəbulu təsdiqlənəcək. Sınqrinin hərbi xidmətə təqribən iyun ayının sonları başlayacağı düşünülür.

Elmina Səfərova

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və Bigbang fanıyam.Hal hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova