//Sınqrinin qadın alveri ile bağlı başqa bir iddia

Sınqrinin qadın alveri ile bağlı başqa bir iddia

Sınqri haqqında daha bir iddia ortaya atıldı.

JTBC-nin “Newsroom” proqramının 10 apreldə yayımlanan bölümündə Sınqrinin 2015-ci ilin dekabr ayında Qanqnamdakı məşhur restoranların birində iş adamları üçün qadın tədarükü gördüyü və şam yeməyi hazırlatdığı bildirilib.

Polis, Sınqrinin “ikinci mərtəbədə böyük bir otaq ayırtmışdı” -deyən restoran işcisinin iddiasına əsasən istintaqa başlayıb.

Xəbərlərə görə Sınqri, qonaqları qadınlarla görüşdürmək üçün ikinci bir yerdə görüş hazırlayıb. Polis, şam yeməyinə kimlərin qatıldığını və qadın qonaqları araşdırır.

Sınqrinin vəkili isə bütün iddiaları yalanlayaraq rədd edib.

Xatırladaq ki, daha öncə Sınqri Palavanda keçirtdiyi ad günü şənliyində qadın ticarəti etməkdə günahlandırılırdı.

 

TAGS:
Elmina Səfərova

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və Bigbang fanıyam.Hal hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova