//Sınqrinin işi ilə bağlı istintaq bu həftə sona çatacaq. Həbs qərarı planlaşdırılır

Sınqrinin işi ilə bağlı istintaq bu həftə sona çatacaq. Həbs qərarı planlaşdırılır

Naver

1. [+733, -7] Hələ də onu həbsxanaya göndərə bilmirik?

2. [+490, -61]  Мun Cein rəhbərliyi çürüyüb. Artıq aylar keçib, amma onlar hələ də əmlak sahəsində vergidən yayınmanı araşdırmayıblar, həmçinin onlar polis müdiri Yunu cəzasız qalmağa imkan verdilər. Qanun onların vecinə belə deyil, özlərinə sərf edəndə işin üstünü örtürlər. Və siz buranı ölkə adlandırırsız?

3. [+220, -3] Müdirin yoldaşı artıq bütün pullarını gizlədib, hə?

4. [+184, -2] İstintaqla birbaşa əlaqəsi olan vip-personların adını nə zaman açıqlamaq fikirləri var? Klubun vip-zalında baş verənlərlə bağlı araşdırmalar daha vacibdir. O, iki məşhur kimdir? Bütün bunlar haqda xəbərlər niyə Naverin əsas səhifəsində yoxdur? Düşünürsüz ki, cəmiyyəti üçüncü nəsil çebollar artıq maraqlandırmır??? Yaxud düşünürsüz ki, Sınqri haqda xəbərlər artıq heç kimə maraqlı deyil??? Ey, zibil qalığı olan mediya, bütün adları göstərin.

5. [+108, -1] Konkret olaraq hansı istintaqdan danışırıq???? Bu işdə əli olan bütün insanların adları haradadır??? İlk öncə onu nəşr edin sonra istintaqınızı sonlandırın..

6. [+24, -0] Polis müdiri Yunu və arxasında dayanan 4 nəfəri niyə həbs etmirlər? Çünki onlar həddindən artıq çox bilirlər? Bu necə ölkədir ki, burada bir neçə yerdə eyni zamanda qulluq edən bu cür insanlar antikorrupsiyon komandanın üzvüdür?

7. [+20, -1] Ay səni ㅋㅋ Pak Yuçonun işini dibinə qədər qazdılar, amma bu işi isə artıq növbəti həftədə bitirmək qərarına gəldilər ^^

8. [+18, -0] Bəs niyə Sınqrini həbsə atmırlar? Amma Pak Yuçon və Con Cunqyonun işini elə anındaca həll etdilər…

_

Pann-choa

«Onlar Sınqridən qurtulurlar, çünki o, onların incitmədən kəsə biləcəyi yeganə quyruqdur. О, çox bilir lakin o, bu işdə əli olanları ört-basdır etməkçün verməyə hazır olduqları qurbandır. Prezidentin də hər şeydən xəbəri var. Bu nəhəng cinayət zənciridir və çox təəssüf ki, bu işdə yalnız kiçik bir ədalətə nail olmaq olar, Sınqrinin həbs cəzasını nəzərdə tuturam. Əminəm ki, ona maksimum 2-3 il veriləcək».

«Bəs insanlar dəqiq olaraq nəyi gözləyirdilər? İstintaq komandasının özü də rüşvətxor polislərdən ibarətdir. Bu, lap əvvəldən elə hansısa prikol idi. Siyasətçilər, çebollar, onların uşaqları heç vaxt həbs olunmayacaqlar. Sınqriyə çox güman ki, 2-3 il verəcəklər, bu hələ yaxşı tərəfidi. Ümumiyyətlə əminəm ki, ona bir şərt veriləcək. Siz heç görmüsüz ki, YG-nin hansısa artisti etdiyi cinayətə görə həbsxanada çürüsün, hansı ki, adi insanlar həmin şeyə görə həbs olunardılar? Buna görə də hətta Çan Cayon işindən də heçnə gözləmirəm. О, sona çatmayıb, necə ki, heç vaxt da başladılmayıb».

«Nə….. onların əlində qızları zorlayan yüksək vəzifəli təcavüzkar və zülmkarların adı varkən beləcə, heçnə etmədən istintaqı bağlayırlar???? ONLARIN ADLARINI PAYLAŞIN, ZİBİLLƏR!!!»

TAGS: