//Sınqrinin 1-ci kimyəvi analizindən heç bir qanunsuz narkotik aşkar olunmayıb

Sınqrinin 1-ci kimyəvi analizindən heç bir qanunsuz narkotik aşkar olunmayıb

Sınqrinin qanuni nümayəndəsi deyir ki, müğənninin 1-ci kimyəvi analizində heç bir qanunsuz narkotik aşkar olunmayıb.

Fevralın 28-də BiIGBANG üzvü Sınqrinin qanuni nümayəndəsi, idolun 27 Fevralda polislə ilk istintaqını yekunlaşdırdığını bildirib.

Sınqrinin qanuni nümayəndəsi idolun saç foliküllərinin ilkin sınaqda kimyəvi analizindən sonra qeyri-qanuni narkotiklərin izlərini tapmadığını bildirdi.

Saç foliküllərinin kimyəvi analizləri 2-3 il əvvəl istifadə edilən dərmanların nəticələrini göstərə bilər. Kimyəvi analiz, Milli Ədliyyə Xidməti ofisinə göndərildi və rəsmi nəticələr və polis ifadələri təxminən 1- 2 həftədə bilinəcək.”

Bundan əlavə, hüquq nümayəndəsi əlavə edib:

Sınqri həmçinin “Burning Sun” ilə bağlı bütün məsələlərdən əlavə, qadınları dəvət etdiyini iddia edən yalan xəbər ilə polislə dərin və hərtərəfli araşdırma aparıb. Nəhayət, bir çox mübahisəli ittihamlardan sonra hər şey tezliklə işıqlandırılacaq .
Sınqri hələ də dəqiq və hərtərəfli nəticələr təmin etmək üçün istənilən vaxt polis istintaqları üçün hazır olacaq.”

YG Entertainment , Sınqrinin bütün biletləri satılmış olan, 30 minlik Yaponya və İndoneziya konsertlərini, həmçinin bütün proqramlarını ləğv edərək polislə daha aktiv şəkildə əməkdaşlıq edəcəni bildirib.

 

TAGS:
Elmina Səfərova

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və Bigbang fanıyam.Hal hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova