//Seungri (Sınqri) yenə gündəmdədir

Seungri (Sınqri) yenə gündəmdədir

BigBang qrupunun üzvü olan Seungri (Sınqrı) növbəti qalmaqalla gündəmə gəlib. İstintaq orqanlarının araşdırmaları nəticəsində məlum olub ki, Qanqamda yerləşən “Monkey Museum” adlanan gecə klubu idola məxsusdur. Adı keçən klub dövlət qeydiyyatından mağaza kimi keçmişdir və vergilərdən yayınmışdır. Onu da qeyd edək ki, bundan əvvəl Seungri (Sınqri) imkanlı müştəriləri qadınlarla təmin etməkdə, narkotik vasitələrdən istifadə və digər qeyri-qanunu yolla pul vəsaiti qazanmaqda ittiham olunur. Məşhur müğəninin vəkili Son Byung Ho (So Byunq Ho) bu gün jurnalistlər qarşısında çıxış edərək onun günahsız oldugunu qeyd edib,  “ Biz qanun qarşısında cavab verəcəyik, tək tək hesabatlara cavab verilməyəcək.” deyib. Korupsiyaya qarşı mübarizə və insan hüqülarının müdafiəsi əməkdaşları tərəfindən tədbirlər həyata keçirilir və hal-hazırda istintaqın davam etdiyi deyilir.

TAGS: