//Sınqri yayılan xəbərlərin yalan olduğunu sübut etmək üçün polislə əməkdaşlıq etmək istədiyini bildirdi

Sınqri yayılan xəbərlərin yalan olduğunu sübut etmək üçün polislə əməkdaşlıq etmək istədiyini bildirdi

Sınqri, haqqında yayılan müştəriləri qadınla təmin etmə və narkotik xəbərləri ilə bağlı polislə birgə əməkdaşlıq etmək istədiyini bildirib.

BİGBANGdan Sınqri yayılan xəbərlərin yalan olduğunu tez bir zamanda sübut etmək üçün polislə əməkdaşlıq edəcəyini YG vasitəsilə bildirib.

YG Entertainment:

Sınqrinin dünən axşam bizə bildirdiyi ifadələr bunlardır:

”Keçən ay özü ilə bağlı ortaya atılan yalan söz-söhbətlər və xəbərlərlə bağlı Sınqri dəfələrlə üzr istədiyini dilə gətirib. Sınqri ən qısa müddətdə narkotik testindən keçərək, bütün ittihamların yalan olmasını təsdiq etmək üçün polislə aktiv şəkildə əməkdaşkıq etmək istəyir.

YG Entertainment, Sınqri ilə eyni fikirdədir . Səhər heç bir ayrıseçkilik olmadan Sınqrinin istintaqla əməkdaşlıq etməsi və axdarışların başlaması üçün qanuni nümayəndələrlə əlaqə quracayıq.

Polis tərəfindən aparılan istintaqda ayrıseçkilik olmadan doğrular ortaya çıxarılacaq. Sınqri ən kiçik bir səhvi belə olsa, qanuni şəkildə cəzalandırılmağa razıdır.

Əksinə , yayılan xəbərlərin yalan olduğu sübut edildikdə isə qanuni yolla hər kəsi cəzalandıracayıq.”   –deyə, bildirib.

 

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova