// Sınqri və Çon Cunyon-un işləri ilə məşğul olan müxbir araşdırmaların prosesi haqqında danışdı

 Sınqri və Çon Cunyon-un işləri ilə məşğul olan müxbir araşdırmaların prosesi haqqında danışdı

Martın 12-si Sınqri və Çon Cunyonun iştirak etdiyi Kakaotalk qrup yazışmaları ilə bağlı ilk məqalələri nəşr edən müxbir Kan Könyun işin təfərrüatları haqqında müsahibə verdi.

«Keçən ay məqalə yazmışdım ki, Sınqri səhmdarlara rüşvət əvəzinə fahişə verməklə onlara «lobbiçilik edir». Bundan sonra vətəndaş hüquqları və korrupsiya ilə mübarizə komissiyasının mesajların orijinal mətnini əldə etməsi [daxilində dəlil olan] və  gizli kamera ilə çəkilən video və şəkilləri mübadilə edən Sınqri və digər məşhur kişilərin olduğu qrup yazışması barəsində yazdım.

Mən 2015-ci ildəki «Sıntsbi qonaqlığı (Sınqri + Qetsbi)» ilə tanınan qonaqlıq haqda öyrənəndə onun [Sınqri] eskort-qulluq qızlarının xidmətlərini təklif etməsi barəsində yazmaq qərarına gədim. Oraya xarici investorlar dəvət olunmuşdu. Qonaqlıq Sınqri 2016-cı ildə Yuri Holdings şirkətinin əsasını qoymamışdan bir müddət əvvəl keçirilmişdi.

Başa düşdüm ki, bu qonaqlıq onun biznesinin irəliləyişi üçün vasitə oldu. Bundan başqa, [Sınqri] eskort-qulluq xidmətlərinin Kakaotalk vasitəsilə sifariş etdiyi bildirilən şübhələr yarandı».

Kan Könyun iştirakçıların dəfələrlə qadınlarla cinsi əlaqəni təcəssüm edən gizli çəkilmiş videoları bir-birilə dəyişdiyini aşkar edən qrup çatı haqqında da danışdı. «Bu çatla bağlı ilk işarələri təxminən 2 il öncə əldə etməyə başladım. Bununla belə, məşhur bir qadının təsadüfən həmin yazışmanı gördüyünü bildirdiyi dəlil var idi.

Lakin, bu yaxınlarda özüm də mənbə sayəsində qrup yazışmasının şahidi oldum. Yazışmaya baxandan sonra bütün əvvəlki tədqiqatlarımı təsdiq edə bildim.

Məni şok edən o oldu ki, bu adamlar bir gecə istifadə edib gizli videolarını çəksinlər deyə 20 yaşlı tələbələri və yeni çıxan məşhurları özləri ilə içməyə dəvət edirdilər».

Kan Könyun video və şəkillərdə olan qurbanlarla görüşdüyünü də bildirdi. «Onlar çox gəncdirlər, hamısı 20-dən biraz çox yaşı var. Ən çox da məni heyrətləndirən o oldu ki,  onların çoxu çəkildiklərini və videolarının tanımadıqları insanlar olan qrup yazışmasında yayıldığını bilmirdilər.. Onlar sarsılmış və qorxmuş olduqlarını dedilər və nə edəcəklərini bilmədikləri üçün məndən kömək istədilər.

Onların çox qəzəbli olub hüquqi tədbirlər qəbul etmək istəyinə baxmayaraq, gizli kamera qurbanı damğası ilə yaşamağa məcbur olacaqlarına görə narahatdırlar.

Məni təəccübləndirən odur ki, bu kişilər qarşı tərəfin razılığı olmadan onları videoya çəkirdilər, onlar üçün bu sadəcə oyun idi. Məsələn, onlar televiorda yeni debüt edən ifaçı görəndə və yaxud onlardan birinin şirkətində belə bir qız olduğunu öyrənəndə deyirdilər: «Nə gözəldir, bizlə içməyə çağır».

Kan Könyun Sınqri pərəstişkarlarından çoxlu mesaj aldığını qeyd etdi. «Mən anlayıram ki, pərəstişkarları Sınqrini məhz sevdiyi və dəyərləndirdiyi üçün mənə elektron məktubla şikayətlər göndərirlər.

Buna baxmayaraq mən də yaşadığımız cəmiyyətdə bu sualın mövcudluğunu etiraf edirəm. Qurbanlar hələ də buradadır, həmçinin onların bu hadisədən aldıqları zərər də. Ümid edirəm ki,  [pərəstişkarlar] hadisəyə bu tərəfdən də baxarlar».

O, gələcək məqalələrlə bağlı planları barəsində də açıqlama verdi: «Çoxları elə bilir ki, mənim məqalələrim məhz Burning Sun klubunun problemindən yayındırmaq üçündür. Burning Sun ilə bağlı əsas problem narkotik, gizli kamera, polislə əlaqə və digər ciddi sualları özündə cəmləyir. Əlbəttə, mən hesab edirəm ki, biz bu istiqamətdə olan araşdırmalarımızı davam etdirməliyik.

Bununla belə, hesab edirəm ki, qadınları gizlicə çəkən kişi-məşhurlarla bağlı hadisə çox böyük bir problemdir. Bu ondan irəli gəlir ki, qadınların çoxuna seksual alət kimi baxılır, həm də bəzi insanların seks haqqında qadınlar cinsəlləşdirildiyinə görə, həmçinin də əyləncə sektorunda səlahiyyətindən rüşvət verməklə istifadə etmək fikrindən törəmiş təhrifedici qavrayışı var.

Hal-hazırda Hallyu məşhurlarının çoxu böyük səlahiyyətə, şan və şöhrətə malikdirlər. Nəticədə, bir məşhur kimi, qazandıqlarından sui-istifadə edənlər də var. Düşünürəm ki, biz onları yalnız Hallyu ulduzları olduqlarına görə bağışlayırıq».