//Sınqri məsələsi ilə bağlı bilinən ən böyük yanlış xəbərlər

Sınqri məsələsi ilə bağlı bilinən ən böyük yanlış xəbərlər

İstintaqın yekunlaşmasına baxmayaraq Sınqri haqqında yayılan yalan yanlış xəbərlər , ortalıqda gəzən söz-söhbətlər bir çox böyük yanlış anlaşılmalara yol açıb. Sınqri təcavüz, cinsi zorakılıq və molka (gizli kamera görüntüləri) kimi iddihamlarla heç vaxt hakim qarşısında günahlandırılmayıb.

1. İ Sınq Hyon (Lee Seung Hyun) heç vaxt təcavüz və cinsi zorakılıqla günahlandırılmayıb. Polis əməliyyatları zamanı və hətta medya tərəfindən belə onun kiməsə təcavüz etdiyindən danışılmayıb. Sınqrinin Conq Cun Yonq(Jung Joon Young)-un skandalı ilə eyni anda skandalı çıxması xarici xəbər saytlarında qarışıqlığa səbəb olmuşdu. Buna görə də Sınqrini “təcavüzçü” söz-söhbəti yayılmışdı. Nəticədə Sınqri heç kəsə təcavüz etməmiş və heç kəsdə onu cinsi zorakılıqda ittiham etməmişdi.

(Chosun)

2. Sınqri molka söhbətinin bir parçası deyildi. Sınqrinin işlə bağlı olaraq 23 söhbət qrupu var idi və Burning Sun hadisəsi zamanı polis həmin KakaoTalk qruplarını araşdırmağa başlamışdı. Medyanin gündəmində iki müxtəlif KakaoTalk qrupu var idi. Bu səbəblədə insanlar söhbət qruplarının eyni olduğunu düşünmüşdü. SBS Sınqri haqqında yayımladığı xəbərlərdən sonra gərçəklər ortaya çıxdığında üzr istəmiş və bəzi xəbərləri özlərinin uydurduğunu etiraf etmişdi. Həmçinin Sınqri özünün də iştirakcısı olduğu bir qrupda porno video paylaşdığını etiraf etmişdi. Xəbərləri davamlı izləməyən insanlar həmin videonun təcavüz və yaxudda qurbanların videosu olduğunu düşündü.

3. Sınqri medyanın ona qarşı yayımladığı xəbərlərdəki qadınlarla iş adamlarını görüşdürmə iddialarını heç vaxt qəbul etməyib. Kanal A Sınqrinin qadınlarla əlaqədə olduğunu etiraf etməsi ilə bağlı xəbər yayınlamış , lakin daha sonra yalan xəbər yayımladıqları üçün vəkillər tərəfindən qanuni şəkildə xəbəri yayınlayan şəxs qovulmuşdur. Əslində qadınlarla cinsi əlaqədə olduğunu etiraf edən şəxs Yu İn Sok idi(Yoo In Seok). Sınqrinin tək etiraf etdiyi qrupa porno video göndərdiyi və Monkey Museum klubunu restoran kimi qeydiyyata aldırıb qida sanitariya qanununu pozmağı olub.

4. Sınqri Burning Sun klubunun sahibi deyildi. Sınqri sadəcə klubun təqdimatında yer alırdı və Yuri holdinqin 20%-nə sahib olduğu üçün klubun işlərində qərar vermək haqqına sahib deyildi.

5. Gənc qızlara qarşı Burning Sunda olan təcavüzlər, az yaşlılara qarşı çıxan xəbərlər və s. hamısı əslində Qanqnam gecə həyatı adlı 2009-cu ildə yayımlanan kitabın mövzusu idi. Buna baxmayaraq insanlar bu kitabı gündəmə gətirərək  iki mövzunu əlaqələndirdi.

6. Hər kəsin düşündüyünün əksinə əllə tutulan heç bir dəlil və ya sübut yox idi. Fahişə adlandırılan qadınlar belə polisə ifadələrində bunun pul qarşılığında olmadığını deyərək israr edirdilər. Sınqrinin verdiyi ad günü və yeni il ziyafətlərində iştirak edənlər ziyafətə ailələri ilə qatılanlar və vacib şəxslər idi. Sınqri tək qadınların deyil , ziyafətə gələn hər kəsin xərcini özü ödəmişdi. Müxbir Kanq-ın yayımladığı ekran görüntüləri daha sonra polis tərəfindən yoxlanıldı və mesajların və səslərin dəyişdirildiyi məlum oldu.

7. Sınqri telefonlarının alınmasına və yoxlanılmasına heç vaxt qarşı çıxmayıb. Sınqri 4 dəfədən artıq narkotik testinə girmiş və hər dəfəsində də testlərin cavabı mənfi çıxmışdır.

8. Sınqri molka söhbət qrupunda olmadığını , lakin başqa bor dostuna porno video göndərdiyini etiraf etmişdi. Cənubi Koreyada porno qanunsuzdur və həmin şəxslər pul cəzası ödəməlidir.

9. Vergidən yayınma komandası Sınqrinin işlətdiyi iş yerlərində axtarış edir. Heç bir rüşvət və qanunsuzluq olmadığına diqqət çəkərək bu iş üstündə işləyirlər.

10. Sınqri polisə  Conq Cun Yonqun göstərdiyi videonun 20 saniyəsinə baxdığını və daha sonra onunla mübahisə etdiyini bildirib. Conq Cun Yonq ona buni sadəcə 1 dəfə etdiyini və bir daha etməyəcəyini bildirib. Sınqri polisə verdiyi ifadədə Conq Cun Yonqa inandığı üçün peşman olduğunu da bildirib.

İstintaq zamanı Sınqri dəfələrlə günahsiz olduğunu və polislə əməkdaşlıq edərək doğruları ortaya çıxaracağı ilə bağlı qəti şəkildə bildirirdi. Sınqrinin skandalı Burning Sun ilə bağlı olmasına baxmayaraq Conq Cun Yonqun söhbət qrupunda adı çəkilməsinin ardından Sınqri öz istəyi ilə polisə getmiş və hadisələrin araşdırılmasını istəmişdir.

Həmçinin Sınqrinin salonların birində “məyus makyajı” edilməsini deməsi sadəcə “guya” orada olan biri tərəfindən twitterde paylaşılmışdı. Üstəlik Sınqri məhkəmə bitdikdən və günahsız olduğu sübut olunduqdan 1 gün sonra idmana getdiyi üçün netizenler tərəfindən qınaq obyektinə çevrilmişdi. Bilinənin əksinə həmin gün Sınqri idman zalına Cu Citsu müəllimini müəllimlər günü münasibəti ilə təbrik etməyə getmişdi. Həmin gün Koreyada müəllimlər günü kimi qeyd olunur və vacib bayramlardan biridir.

TAGS:

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova