Bu gün BIGBANG ÜZVÜ SINQRİ İG hesabına məktub şəklində şəkil yüklədi və pərəstişkarlarına 10 ildən artıqdır ki, onu dəstəklədikləri üçün təşəkkür etdi.
“Mən BİGBANGdan Seungri.
Hal-hazırda əyləncə sektorundan ayrılmaq mənim üçün ən yaxşısı olacaq kimi görünür. Ortaya çıxan böyük mübahisələrə görə əyləncə sektorundan ayrılmağa qərar verdim. İstintaq altındayam və bütün gərçəklərin ortaya çıxması üçün səmimiyyətlə axtarışlarda əməkdaşlıq edəcəm. Bir ay boyunca xalqdan tənqid və nifrət dolu reaksiyalar aldım. Bu ölkədəki hər bir medianın məni araşdırdığı vəziyyətə düşdüm. Sadəcə öz yaxşılığım üçün ətrafımdakı hamının acı çəkməyini qəbul edə bilmirəm. 10 ildən çoxdur ki mənə pərəstişkarlıq edən Koreyadakı və bütün dünyadakı fanatlarıma təşəkkür edirəm. BİGBANG və YGnin yaxşılığı və şərəfi üçün kariyeramı burada bitirirəm. Hər şey üçün üzr istəyirəm və illərdi etdiyiniz hər şey üçün təşəkkür edirəm.”
- Lee Jun Ki Çinin ‘WAVES 漫 潮’ jurnalında - 04 Yanvar 2021
- “Mianhae Jung In Ah” – ürək ağrıdan etiraza məşhurlar da qatıldı - 03 Yanvar 2021
- Seungri birbaşa hərbi məhkəmədə şahidlə üz-üzə gəldi - 09 Dekabr 2020