//Sınqri, gizli kamera videolarını yaydığını etiraf etdi!

Sınqri, gizli kamera videolarını yaydığını etiraf etdi!

BİGBANG qrupunun keçmiş üzvü Sınqri, gizli videoları yaydığını, ancaq videoları çəkənin özü olmadığını etiraf etdi.

Polis, Sınqrinin qeyri-qanuni çəkilmiş videoları yaydığı haqqında yeni məlumat verdi.

Martın 28-i polis, qanuni olmayan videoları yaydığı üçün Sınqrini polis idarəsinə gətirdi. Polis Sınqrinin söhbət qrupuna, qeyri-qanuni videolar atdığını açıqca bildirdi.

Polis işçilərindən biri, “Sınqri qeyri-qanuni çəkilmiş videoları yaydığını etiraf etdi ancaq videoları özü çəkmədiyini, başqalarından aldıqdan sonra yaydığını bildirib”.

Gizli kamera videolarının yaymaqdan başqa, Sınqri, qadın al-veri və Burning Sun-da baş verən hadisələrdən də ittiham olunaraq, araşdırılır.

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan