//Sınhi (Oh My Girl) BTS-dən V və Ciminlə olan dostluğundan danışdı

Sınhi (Oh My Girl) BTS-dən V və Ciminlə olan dostluğundan danışdı

TVN D kanalında yayımlanan Idol Agency şousunun bu yaxınlarda çıxan epizodunda Oh My Girl qrupundan Sınhi BTS-dən Vi və Ciminlə olan köhnə dostluğundan danışdı.

Mayın 4-ü Idol Agency videoklip yayımladı. Bu videoklipdə Sınhidən öz konsertində ifa etmək istədiyi mahnını oxuması istənildi. Sınhi «Mən bu rəqsi bir az bilirəm» deyərək məşhur BTS «IDOL» mahnısını seçdi.

«IDOL»-un qısa fraqmenti ilə rəqs etdikdən sonra Тоni Аn ondan soruşdu: «Təsadüfən BTS üzvlərindən kimləsə tanış deyilsən?» Sınhi cavab verdi: «Mən Cimin və Vinin sinif yoldaşı olmuşam. Biz eyni orta məktəbə getmişik».

Тoni An bildirdi: «Cimin — inanılmaz rəqqasdır», Sınhi isə bununla razılaşdı. Sonra Тoni An ondan hələ də BTS üzvləri ilə dostluq edib etmədiyini soruşdu və Sınhi “belədir” deyərək bunu təsdiq etdi.

Lakin o, danışmağa davam etdi: «Yenicə debüt edən vaxtlar mənə onlarla ünsiyyət qurmağa icazə vermirdilər». Toni An təəccüblə reaksiya verdikdə o, belə izah etdi: «Əvvəllər Oh My Girl yeni debüt edəndə bizim şirkət çox sərt idi, buna görə də onlar mənə dostlarımla qarşılaşsam belə onlarla salamlaşmamağımı demişdi».

Тoni An cavab verdi: «Ümid edirəm dostluğunuz uzun çəkəcək».

Oh My Girl hal-hazırda ilk studiya albomu «The Fifth Season» ilə may ayının 8-i geri dönüş etməyə hazırlaşır.