Şin Min A, Han Ci Min, Co In Sonq və Nam Cu Hyoq ssenarist No He Kyonq tərəfindən çəkilən yeni serialda birlikdə rol ala bilərlər.
İyulun 30-da Ilgan Sports, Han Ci Min və Şin Min A-nın qadın obrazlar olaraq No He Kyonqun yeni serialında baş rol ola biləcəklərini bildirdi.
Tezliklə serialın istehsal şirkəti Newsen məlumat verdi: “Doğrudur, yazıçı No He Kyonqun yeni serialında Han Ci Min və Şin Min A-ya rollarını təklif etdik. Lakin tezis və ssenari tam olmadığına görə hələ heç nə təsdiqlənməyib. ”
Han Ci Min əvvəllər 2011-ci ildə JTBC-in “Padam Padam” serialında yazıçı ilə işləmişdir. Şin Min A təklifi qəbul edərsə, No He Kyonqun proyektində ilk dəfə çıxış edəcək. Serialın heyətinə qoşulmaq üçün danışıqlarda olan digər aktyorlar Co In Sonq , Nam Cu Hyoq və Be Sonq U-dur.
Serialın beynəlxalq bir QHT-nin (qeyri-hökumət təşkilatının) könüllü işcilərindən bəhs edildiyi bildirilir. İlgan Sports-un məlumatına görə, çəkilişlər gələn il başlanacaq və serial 2020-ci ilin ikinci yarısında yayımlanacaq.
- Dispatch G-DRAGONvə Jennienin sevgili olduğunu açıqladı - 24 Fevral 2021
- Lee Jun Ki Çinin ‘WAVES 漫 潮’ jurnalında - 04 Yanvar 2021
- “Mianhae Jung In Ah” – ürək ağrıdan etiraza məşhurlar da qatıldı - 03 Yanvar 2021