//Silikon Vadisinin məlumat şirkəti ‘Chartmetric’, Black Pink-in ABŞ-da növbəti böyük hit olacağını təxmin edir.

Silikon Vadisinin məlumat şirkəti ‘Chartmetric’, Black Pink-in ABŞ-da növbəti böyük hit olacağını təxmin edir.

Silikon Vadisində yerləşən bir məlumat analiz şirkəti BlackPink üçün ümiderici bir gələcək olduğunu proqnozlaşdırdı.

Bu yaxınlarda ‘Chartmetric’ Şimali Amerikada K-pop gələcəyinə dair sənayenin ağır şəkildə yüklənmiş suallarından birinə cavab verdi. Rəqəmsal musiqi satışlarını təhlil etməyə yönəlmiş bir məlumat şirkəti olan, ‘Chartmetric’ Apple Music və Spotify kimi rəqəmsal platformalar üzərindən məlumatları alır. Şirkət bu siyahılardan hərtərəfli rütbə və rəqəmləri  toplayaraq, sənətçinin karyerasının keçmişini, bu günün və gələcəyinin diaqramasını hazırlayır.

“Chartmetric” şirkətinin baş direktoru və təsisçisi Sung Cho, “BTS-dən sonra ABŞ-da növbəti böyük K-pop ulduzu kim olacaq” sualını çox insan soruşur. Bu baxımdan Sung Cho,, “BTS indi də yaxşı işləyir, lakin məlumatlara görə, ABŞ-da uğur qazanacaq növbəti K-pop ulduzu Black Pink olacaq, həqiqətən çox sürətlə yüksəlir” deyib

Məlumatlara əsasən, Black Pink-in muisiqi dinləyicilərinin sayı keçən il aprel ayından əvvəl 1,7 milyon olduğu görünür. Ancaq bu bir il içərisində, bu rəqəm 500% artıb və hər ay 10 milyondan çox dinləyiciyə sahib olan qrupa çevrilmişdir.

“Onlar ABŞ – da əhəmiyyətli dərəcədə diqqət çəkirlər. Aprel ayında baş tutacaq ABŞ -ın ən böyük musiqi festivalı olan Coachella-da çıxışlarından sonra daha çox danışılacaqlar”, – deyə Sung Cho davam edib.

“Chartmetric” təkcə rəqəmsal musiqi satışına diqqət yetirərək proqnoz verən yeganə məlumat şirkətlərindən biri olduğundan, bir çox sənətçi və investorlar sənətçilərin potensialı barədə proqnozlar almaq üçün şirkət ilə məsləhətləşirlər. Məlumatlar əsasən Spotify-in izləyicilərindən, transmilli siyahılardan, rəqəmsal satışlardan, Instagram izləyicilərindən və daha çoxundan toplanmışdır.

 

 

Əliyeva Simuzər

Mən Əliyeva Simuzər~
Hansamo-Koreyasevərlər təşkilatının üzvü."hansamo.az" saytında yazar və redaktor. fb/koreyasevərlər qrupu moderatoru. Həmçinin @koreyaseverler Facebook səyfəsinin admini. @koreya_gram instagram hesabının idarəçisi
Əlaqə: simialiyeva@gmail.com / simuzar.aliyeva@hansamo.az
FB. Simzar Aliyeva
Instagram @simujjxx
Youtube:Simi JJ Aliyeva
Əliyeva Simuzər