//SHINee qrupu 11 illikləri münasibəti ilə sərgi keçirdəcək

SHINee qrupu 11 illikləri münasibəti ilə sərgi keçirdəcək

 

2008-ci ildə SM Entertainment tərəfindən yaradılan SHINee qrupunun bu il 11 yaşı tamam olur. Qrup yarandığı gündən Onev (Onew)KeyMinho, Temin (Taemin) və 2017-ci ildə vəfat edən sevimli müğənni Conq Hyondan (Jonghyun) ibarət olub. İlk dəfə “SHINee Day  -You’re my word, my sentence, my entire language” adı ilə çıxış edən qrup, hələ də hamı tərəfindən sevilir. 11 illik münasibəti ilə təşkil olunacaq sərgi 11 gün davam edəcək. Sərgi may ayının 23-dən iyun ayının 2-nə kimi olacaq. Seul şəhərində, Celebrity Center də təşkil olunacaq sərgiyə SHINee pərəstişkarlarına giriş pulsuz olacaq. Biz də Hansamo ailəsi adından SHINee və bütün dünyadakı pərəstişkarlarını təbrik edirik, uğurlar arzulayırıq.

TAGS: