//“SHINee”-dan Minho hərbi xidmətə yollanarkən məktub yazdı

“SHINee”-dan Minho hərbi xidmətə yollanarkən məktub yazdı

SHINee-dan Minho qrupun rəsmi sosyal hesabında paylaşım etdi və pərəstişkarlarına hərbi xidmətə yollanmadan mektub yazdı.

Salam, bu SHINee-dan Minhodur.

Bunun kimi düşüncələrimi yazdığımdan bura uzun müddət keçib. Hər kəs doğru bilir? 15 apreldə hərbi birliyə qatılacağam. Qısadırsa qısa olacaq və uzundursa uzun çəkəcək amma qısa müddətlik hamınızdan uzaqlaşacağam.

2008-ci il mayın 25-də mənim debütümdən bu yana çox vaxt keçib. Hər kəslə xoşbəxt, xoş, tamamilə unudulmaz an olmuşdur.

Hesab edirəm ki, yaşadığım çox şey və böyüməyim sizin maraq və dəstəyiniz sayəsindədir. Geri dönüb düşünəndə təcrübəsiz olduğumdan SHINee Worlddan  sevgi və dəstək ala biləcəyimi düşünməmişdim. Mən irəli getdim və çox çalışdım. Yalnız özümə baxdığım zaman belə SHINee World mənə istilik və rahatlıq mənbəyi oldu. Səmimi olaraq hər kəsə təşəkkür edirəm.

Yalnız birinin yanında olması belə mənim üçün xoşbəxtlik mənbəyi idi. Həqiqətən, mənim böyüməyimə, keçmişimə baxmağıma kömək edən və gələcəyi dörd gözlə səbirsizliklə gözləməyimə səbəb olan SHINee World üçün darıxacağam. Mənə sərt olmağın həmişə lazım olmadığını deyirsiz.

Çox təəssüf edirəm ki, mən sizinlə daha çox əlaqə qura bilməyəcəyəm və özümü daha çox ifadə edə bilməyəcəm. Mən çox məyusam … ^^ Amma hamınız bilirsiniz ki, mən sizə təşəkkür edirəm və hamınızı sevirəm? Mənə verdiyiniz bütün dəstəyi saxlayacaq və əsgərlikdən sağlam şəkildə dönəcəyəm.

Mən hərbi xidmətdə daha da işləyəcəyəm, buna görə hamınızı məyus etməyəcəyəm və müsbət enerji verəcəyəm. Təşəkkür edirəm və bir daha təşəkkür edirəm və hamınızı sevirəm! Siz sonsuza qədər mənim ümidimsiz.

2019.4.14 SHINee Choi Minho

P.S. Nəhayət, hər kəs mənim Çe Minho (Choi Minho) olduğumu bilir, elə deyil mi? Narahat olmayın!! Pilseung !!!”

Daha sonra yeni saç kəsimi ilə şəkillər paylaşaraq pərəstişkarları ilə sağollaşıb.

Məşhurun hərbi xidməti 15 noyabr 2020-ci ildə başa çatacaq.

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova