JTBC-nin “Idol Room” proqramının yaxınlaşmaqda olan hissəsində SHINee-dən Temin, məşhur pərəstişkarlarının sürprizi ilə qarşılaşdı!
Fevralın 12-si Teminin həftənin xüsusi qonağı olaraq qatılacağı hissədə NCT üzvləri Cisung və Ceno, SF9-dan Çan və Kim Donq Han sürpriz qonaq olaraq qatıldılar. Dörd idol daha əvvəl SHINee üzvünə pərəstiş etdiklərini, Kim Donq Han və Çan, səhnə performaslarına hazırlaşarkən ilham almaq üçün Teminin performans videolarını izlədiklərini dilə gətirmişlər.
Bölümün çəkilişi zamanı Kim Donq Han, “Çıxış edə bildiyim üçün Teminə təşəkkür edirəm” dedi və Çan, “Gəldim, çünki həqiqətən Temin ilə tanış olmaq istəyirdim” dedi. Ceno isə Temin səhnədə olduğunda daha da çox parlayır” deyə əlavə etdi.
9 fevralda “Idol Room” idolların maraqla və hörmətlə Teminə fokuslandığı bir neçə fotoşəkil paylaşdı.
Bəs siz proqramı həvəslə gözləyirsinizmi?
- So Hyon Cin yeni serialda rol oynayacaq - 11 Dekabr 2020
- “Lovestruck in the City” serialının yeni Fraqmenti yayımlandı - 11 Dekabr 2020
- “Secret Royal Inspector” serialının ilk fraqmenti yayımlandı - 01 Dekabr 2020