//SF9-ın yeni albomu “Narcissus” üçün təqdimat şəkli yayımlandı!

SF9-ın yeni albomu “Narcissus” üçün təqdimat şəkli yayımlandı!

SF9, tezliklə çıxacaq olan 6-ci mini albomu “Narcissus” üçün təqdimat fotoşəkilini, 12 fevralda yayımladi!

Qrup, bu geri qayıdış üçün kəskin və küçə modasına oxşar bir geyim tərzi seçib. İlk yayımlanan və canlı rənglərdən istifadə olunmuş təqdimat fotonun əksinə, bu təqdimat fotoşəkilində, ağ-qara geyimlərə üstünlük verilmişdir və bu təqdimat şəkli, əvvəlkinə görə daha fərqli görünür.

Bununla yanaşı albom üçün xüsusi olaraq hazırlanan saytdan, 11 fevralda Çaninin fotosunun yayımlanmasından sonra 12 fevralda da Teyanqın şəkli paylaşıldı. Sayta girənlərin, bu fərdi təqdimat fotoşəkillərinə baxa bilməsi üçün saytın su altı göstərən arxa planındakı qırıq ayna/cam parçalarını yapboz şəklində doğru olaraq birləşdirməsi lazımdır.

Albomun əsas mahnısı “Dont Get Prettier” isə SF9-ın, bir insanın özünü sevməsi üçün yaranan mifoloji əfsanə, obraz “Narcissus” u yenidən şərh edir. Əlavə olaraq, yayımlanan qrup təqdimatı fotoları da mifoloji əfsanəyə istinad edərək bir-birinin güzgü əksi şəklində hazırlanmıb.

“Narcissus”; 20 fevral, saat 18.00da (KST) yayımlanacaq!

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan