//Sevol(Sewol) faciəsinin 5-ci ili

Sevol(Sewol) faciəsinin 5-ci ili

Sevol faciəsi bundan 5 il öncə 304 nəfərin ölümünə səbəb olmuşdu.

Sevol faciəsi (세월호 침물 사고) 16 aprel 2014-cü ildə Cənubi Koreyanın Donqqoçado adası yaxınlığında gəminin batması ilə meydana gəlmiş faciədir. Gəmidəki sərnişinlərin əksəriyyəti Ansan bölgəsindən gələn Danwon məktəbinin şagirdlərindən ibarət idi. 476 can daşıyan gəminin qəzası nəticəsində 304 nəfər dünyasını dəyişib. 172 nəfər isə Koreya Dəniz Birliyi, gəmiçilər və balıqçılar tərəfindən qurtarılıb.

Hadisədən sonra Danwon Məktəbində hadisə zamanı dünyasını dəyişmiş şagirdlərin masasının üzərinə çiçək buketləri qoyulub.

Hadisə yerindən bir şahid:

”Gözləmə yeri 7 ay boyunca itkin düşənlərin yaxınlarına sığınacaq oldu. Sərnişinlərin cansız bədənləri bir-bir çıxarıldı. Ailələr o qədər pis vəziyyətdə idi ki, uşaqlarının cansız bədənlərini taparkən belə bir-birlərini təbrik edirdilər. Faciə o qədər qorxulu idi ki hər 25 dəqiqədən bir cənazə hazırlanırdı.”

(Həyatını itirmiş Kim Şi Yon-un anası və bacısının iki günlük etiraz yürüyüşündə çəkilmiş şəkil)

(Aclıq aksiyası keçirən Kim Yonq O, qızının ad günü xatirəsinə şamları üfürür. Qızı Yu Min, həmin gün 18 yaşını dolduracaqdı..)

(Qurbanlardan O Yonq Sok-un anası Kvon Mi Hvan, qızının əşyaları sinifdən çıxarılarkən )

140 metrlik gəminin qalıqları 3 il sonra 2017-ci ildə 50 nəfər dalğıc və 450 nəfərlik heyət ilə çıxarılıb.

15 may 2014-cü ildə gəminin kapitanı və 3 nəfər heyət cinayət ilə həbs edilərkən, 11 nəfər heyət isə hadisə zamanı gəmidən qaçdıqları üçün həbs olunub.

TAGS:
Elmina Səfərova

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və Bigbang fanıyam.Hal hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova