//Sevimli aktyor Kim Vu Bin (Kim Woo-bin) tədbirlərin birində göründü

Sevimli aktyor Kim Vu Bin (Kim Woo-bin) tədbirlərin birində göründü

 

May ayının 13-də Kim Vu Bin (Kim Woo-bin) və Co In Sonq  (Jo In-sung) Seul şəhərində təşkil olunan Buddanın ad günü mərasimində iştirak edib. Qeyd edək ki, həmin mərasimdə şəhərin meri Park Von Sun (Park Won-soon), yazıçı Kim Xon Şin və başqa ulduzlar da olub. Tədbirin “The Buddhist True Network” tərəfindən yayımlanan canlı yayımı vaxtı, izləyicilərin gözündən dəvətlilər arasında sevimli aktyor Kim Vu Binin (Kim Woo-bin) də, olduğu nəzərədən qaçmayıb.

 

Aktyorun agentliyi “SidusHQ Entertainment” yayılan xəbərlərlə bağlı açıqlama verərək belə deyib: “Kim Vu Binin (Kim Woo-bin) dini baxışları haqqında dəqiq məlumatımız yoxdur.  Düşünürük ki, orada dostu Co In Sonq  (Jo In-sung) ilə birlikdə iştirak etmək, şəxsi istəyi ilədir. Biz də, onun orada olduğunu ekranlarda yayılan xəbərlərdən sonra bilmişik. Ona görə ki, din hər bir insanın şəxsi həyatına aid olan məsələdir. Agentlik bu məsələyə nə qarışa bilər, nə də müdaxilə edə. Aktyorun məsciddə, kilsədə, və yaxud  hansısa məbəddə olmaq istəyi azaddır”. Bununla yanaşı agentliyin nümayəndəsi aktyorun sağlamlığı haqqında da məlumat verərək belə deyib: “Hal-hazırda o, sağlamdır və özünü yaxşı hiss edir.  Fan-kafe vasitəsi ilə pərəstişkarlara verdiyimiz məlumatda dediyimiz kimi o, müalicə kursunu uğurla tamamlayıb və mütəmadi olaraq müayinələrdən keçir. Bu il geri dönüş edəcəyi haqqında yayılan xəbərlər, hələ də şaiyə olaraq qalır. Gələcək haqqında, onun geri dönüş edəcəyi haqqında hələ ki, dəqiq məlumat verə bilməyəcəyik. Biz aktyorun sağlamlığını hər şeydən üstün tuturuq. Tezliklə tamamilə sağalmağını ve geri dönməyini arzu edirik“. Qeyd edək ki, 2017-ci ildə xərçəng xəstəliyi səbəbindən aktyorluq peşəsindən uzaqlaşan Kim Vu Bin (Kim Woo-bin) hələ də, müayinələr və müalicələrini davam etdirir.

Hansamo ailəsi adından ona şəfa diləyir və tezliklə onu yeni seriallarda görməyi arzu edirik. Qeyd edək ki, 2016-ci ildə KBS2 kanalının “Uncontrollably Fond” serialından sonra aktyor hələ ki, heç bir serialda rol oynamayıb. Təsadüfi olsa da, serialın süjet xətti ölümcül xəstəlik səbəbindən vəfat edən məşhurdan və onun sevgilisindən bəhs edir. Serialın çəkilişlərindən 1 il sonra sevimli aktyorda ağır xəstəliyin olduğu aşkarlanmışdır. Aktyorun ən məşhur serialları The Heirs (2013), School 2013 (2012) və başqalarıdır.