//Sevimli aktyor İ Von Kın (Lee Won-keun) iyun ayından hərbi xidmətə getməyə hazırlaşır

Sevimli aktyor İ Von Kın (Lee Won-keun) iyun ayından hərbi xidmətə getməyə hazırlaşır

 

Aktyorun agentliyi “Yooborn Company” tərəfindən verilən açıqlamada sevilən aktyorun növbəti aydan hərbi xidmətə gedəcəyi xəbərləri təsdiqləndi. Açıqlamada belə deyilir: “İ Von Kın (Lee Won-keun) hərbi xidmətinə iyun ayında başlayacaqdır.Təlimləri bitirdikdən sonra o, hərbi xidmətini polis məmuru kimi davam etdirəcək. İ Von Kın (Lee Won-keun) bütün koreyalı vətəndaşlar kimi o, da vətənə olan borcunu ödəməy hazırdır. Hərbi xidmətə getdiyi üçün özünü yaxşı hiss edir. Heç bir narahaçılıq üçün əsas yoxdur” deyilir. Qeyd edək ki, sevimli aktyor ilk dəfə 2012-ci ildə MBC kanalının “Moon Embracing The Sun” serilında rol oynayıb. Bu serialda onun həmkarları məşhur aktyorlar Kim Su Hyon (Kim Soo-hyun), Conq Il Vu (Jung Il-woo) kimi məşhur aktyorlar olub. Onun digər ən məşhur serialları Cheer Up! (2015), “Hyde Jekyll” (2015),Queen of Mystery” (2017) və s-dir.