//Sevilən aktyor Kim Su Hyon (Kim Soo-hyun) hərbi xidmətdən tərxis olundu

Sevilən aktyor Kim Su Hyon (Kim Soo-hyun) hərbi xidmətdən tərxis olundu

 

İyul ayının 1-də, sevilən aktyor Kim Su Hyon (Kim Soo-hyun) hərbi xidmətini tamamlayaraq, 70 mətbuat nümayəndəsini və 300-dən çox pərəstişkarı salamlayıb. Xatırladaq ki, aktyor ürək xəstəliyi səbəbindən 4-cü dərəcəli əsgər kateqoriyasına daxil edilməsinə baxmayaraq, öz istəyi və təkidi ilə təkrar müalicə və müayinələrdən sonra 1-ci dərəcəli hərbi xidmət kateqoryasina daxil olmuş və hərbi xidmətini tamamlamışdır. 1-ci dərəcəli əsgər kimi hərbi xidmətdə yüksək nəticələr qazanmış və 0.1% əsgərin daxil ola biləcəyi sərhəd mühafizə bölməsinə daxil olmuşdur.

Təşkil olunan görüş tədbiri zamanı o, pərəstişkarlarına təşəkkür edərək belə deyib :“Məni görmək üçün uzaq yol qət edərək gəldiyiniz üçün sizə minnətdaram. Hər şey üçün sizə təşəkkür edirəm”. Daha sonra hərbi xidmətdən tərxis olunmaq təəsüratlarını jurnalistlər ilə bölüşərən aktyor : “Hələ də hərbi xidmətdən tərxris olunduğuma inana bilmirəm. Özümü azadlığa çıxmış kimi hiss edirəm” sözlərini deyib. Gələcək planlarından söz açan jurnalistələrə:“Üzümüzə gələn ildən sizi yeni işlər və layihələr ilə salamlayacağıma söz verirəm”. Xatırladaq ki, hərbi xidmətdən tərxis olunmamışdan daha əvvəl Kim Su Hyon (Kim Soo-hyun) məşhur brendin üz siması olması ilə bağlı müqavilə imzalayıb. Brendin adı ilə bağlı heç bir məlumat verilməyib.