//Sevilən aktyor İ Donq Vuk (Lee Dong-wook) 20 illik peşə yubileyini qeyd edir

Sevilən aktyor İ Donq Vuk (Lee Dong-wook) 20 illik peşə yubileyini qeyd edir

 

Bu gün, sentyabr ayının 24-dü tarixində sevilən aktyor İ Donq Vuk (Lee Dong-wook) aktyorluq peşəsinin 20 illik yubileyini qeyd edir. Bununla yanaşı sentyabr ayının 20-də aktyorun agentliyi “King Kong by Starship” yubiley haqqında açıqlama verərək belə demişdi: “Noyabr ayının 2-də aktyor İ Donq Vuk Kenhi şəhərinin Grand Peace Palace Universitetində pərəstişkarlarla görüşdə iştirak edəcək. Belə ki, bu görüş aktyorun peşə yubileyinin 20 illiyi münasibəti ilə təşkil olunur. O, həmin gün bu illər ərzində onu dayanmadan sevən və dəstək olan bütün sevənləri ilə möhtəşəm gün keçirtməyi və doyunca əylənməyi planlaşdırır”. Təşkil olunacaq fan görüş «To My Inside» adı altında «I’M WOOK» adlanır. Pərəstişkarlarla görüşdə əyləncəli proqramlərın təşkil olunması və səmimi söhbətlərin olması planlaşdırılıb. Bütün hazırlıq işlərində aktyor şəxsən özü iştirak edir.

Hansamo ailəsi adında sevilən aktyora uğurlar arzulayırıq.