//Sevgililər günündə iKON və MOMOLAND-dan cütlük xəbəri gəldi

Sevgililər günündə iKON və MOMOLAND-dan cütlük xəbəri gəldi

Təxminən 2 saat əvvəl, iKON qrupundan Yonhyonq və MOMOLAND qrupundan Deizinin(Daisy) cütlük olması xəbəri təsdiqləndi.

Xəbər çıxdıqdan sonra MLD Entertainment xəbəri təsdiqləsə də,  iKON Sonq Yonhyonq: “Bir-birimizə qarşı gözəl hislərimizin olduğu düzdü, lakin heç bir sevgili münasibətimiz yoxdu” deyib və bundan sonra YG xəbəri inkar etmişdi. Fanlardan bir çoxunun fikrinə görə Deizinin aid olduğu qrup MOMOLAND yeni mahnı ilə geri dönüş ərəfəsində olduğuna görə bu “məsələ” reklam xarakterli istifadə edilmişdir.

Bir çox mənbələrdə bildirilir ki, Yonhyonq və Deizi təxminən 3 aydır ki, cütlükdürlər. Onlar əvvəl iki sadə idol kimi tanış olmuş, daha sonra isə dostluq münasibətlərinə başlamışlar. Bu münasibətlərini irəliyə aparan hər iki idol, çox keçmədən sevgili olduqlarını ətrafdakı hər kəsə bildiriblər. Buna rəğmən rəsmi şəkildə təsdiqlənmənin fevralın 14-ünə təsadüf etməsini istəyiblər. Başqa bir mənbədə bildirilir ki, hər iki idol olduqca az vaxt tapsalar da, hər zaman birlikdə keçirmək üçün vaxt tapırlar.

Redaktə: Gülər Nursu

 

Əliyeva Simuzər

Mən Əliyeva Simuzər~
Hansamo-Koreyasevərlər təşkilatının üzvü."hansamo.az" saytında yazar və redaktor. fb/koreyasevərlər qrupu moderatoru. Həmçinin @koreyaseverler Facebook səyfəsinin admini. @koreya_gram instagram hesabının idarəçisi
Əlaqə: simialiyeva@gmail.com / simuzar.aliyeva@hansamo.az
FB. Simzar Aliyeva
Instagram @simujjxx
Youtube:Simi JJ Aliyeva
Əliyeva Simuzər