//“Seungridən üzr istə”- dünya gündəmi

“Seungridən üzr istə”- dünya gündəmi

Conq Cun Yonq(Jung Joong Young)-un qadınların qanunsuz video və şəkillərinin paylaşıldığı kakaotalk qrupu olan molka qrupunun detalları açıqlandı.

Molka qrupunu ortaya çıxaran KBS kanalı məhkəməyə həmin qrupla bağlı 67 səyfəlik sənəd təqdim edib. Sənədlərdə ən çox diqqət çəkən isə aylardır medyanın yayımladığı yalan xəbərlər olub. Molka qrupu və Burning Sun skandalı ilə kariyerası bitən Seungrinin 9 ay sonra qrupda olmadığı məlum olub. Məhkəməyə sübut kimi verilən sənədlərdə Seungrinin adının çəkilmədiyi və molka qruplarında olmadığı məlum olub. Lakin, medyada molka skandalı tamamilə fərqli işıqlandırılmışdı. Medya molka skandalını daha çox gündəmdə tutmaq üçün Seungrinin adından istifadə etdiklərini etiraf edib. Hətta, videoların birində müxbir Seungridən “telefonunu polisə təhvil verdin mi?” -deyə, soruşur. Seungri buna cavab olaraq; “telefonumu polisə təhvil vermişəm”-deyə deyir. Ancaq, yazılan məqalələrdə Seungrinin telefonunu vermədiyi deyilirdi.

Həmçinin, Burning Sun skandalını ortaya çıxaran müxbir Kangın əslində 2 ildir ki, BS hadisələrindən xəbərdar olduğu və Burning Sunda həyata keçirilən cinsi təcavüz videolarını gizlətdiyi, lakin , hadisələr üzə çıxdıqdan sonra əsil günahkarları gizləyərək, Burning Sun-ın siması olan Seungrini günahlandırdığını canlı yayımda etiraf etdiyi məlum olub. Xatırladaq ki, polis müxbir Kangdan əsl mesajların kopyasını istədikdə Kang polisə mesajların orjinalını verməmişdi. Mesajlarda söyüş və nalayiq ifadələr olduğu üçün onları dəyişdirdiyini orjinal mesajlara sahib olmadığını behanə etmişdi. May ayında isə SBS Seungri ilə bağlı yayılan mesajların dəyişdirildiyini etiraf etmişdi. Seungriyə dəstək məqsədi ilə #apologizetoseungri  haştaqı açılıb. Haştaq iki gündür ki dünya gündəmindədir.

(Məhkəməyə verilən sənədlərin ingilis versiyası. Həmçinin molka qrupunun üzvlərinin adları və molka qrupu haqqındakı məlumatlar.)

Elmina Səfərova