//Seungri üçün 5 il həbs cəzası istənildi + Seungrinin ifadəsi

Seungri üçün 5 il həbs cəzası istənildi + Seungrinin ifadəsi

Bu gün illərdir ki skandallarla gündəmdə olan Seungrinin məhkəməsi baş tutub.

Məhkəmə zamanı Hərbi Məhkəmə Seungri haqqında olan iddialara əsaslanaraq, hakimdən 5 il həbs cəzası tələb edib. Qəti qərar növbəti məhkəmə zamanı qəbul ediləcək və Seungri ilə bağlı məhkəmə prosesi öz həllini tapacaq. Məhkəmə zamanı Seungri bütün iddialara cavab verib. Bu Seungrinin özünü müdafiə etdiyi və media tərəfindən ifadələri açıqlanan ilk məhkəməsi idi.

Seungri 8088 saat , 160 polis işçisi tərəfindən araşdırılıb.

İddia 1: Pul qarşılığında qadınlarla görüşmə

Seungri: Gənc və məşhur idim. Belə bir şey üçün pul ödəməyə ehtiyacım yox idi. Həmçinin, belə bir şey lazım da deyildi.

İddia 2: Şəxsi evində qadınlarla birlikdə olmaq

Seungri: Ailəm mənim yan qonşumdur. Bütün ailə üzvlərim evimin şifrəsini bilir və ani ziyarətlər edirlər. Belə bir şeyi əsla etmərəm.

İddia 3: İşlə bağlı olaraq, başqa şəxsləri qadınlarla görüşdürmək

Seungri: Bu Yoo İn Sukun etdiyi hərəkət idi. Bununla bağlı dəfələrlə istintaqa alınaraq, araşdırıldım. Hər dəfəsində mənimlə bağlı olmadığı aydın oldu. Üstəlik bu hadisədən istintaq zamanı xəbərdar olmuşdum.

İddia 4: Bir qadının şəklindən istifadə etmək

Seungri: Həmin şəkil əyləncə barının tanıtım şəkili idi. Şəkili paylaşmadığım kimi mən də çəkməmişdim.

İddia 5: Monkey Museum vəsaitlərinin mənimsənilməsi

Seungri: DJ ilə bağlı olan bir hadisədə vəkil tutmaq üçün istifadə olunmuşdu. Bu şirkətin imici üçün edilmişdi. CEO və ya DJ-ə rüşvət kimi verilməmişdi.

İddia 6: Yeni il yığınacağında kişilərlə qadınları görüşdürmək

Seungri: Ad günüm ərəfəsi olduğu üçün dostum Aoyama ilə yeni il yığınacağı keçirdik. Bütün xarici və koreyalı dostlarımı dəvət etdim. Mən sadəcə dostlarımla əylənməyi düşünürdüm. Orada bir-birləri ilə tanış olub, görüşdüklərini bilmirdim.

İddia 7: JJY-ın kakaotalk qrupu

Seungri: JJY-ın söhbət qrupu ilə bağlı polis araşdırma aparıb. Mənim 5 söhbət qrupum vardı və göz yumub açana qədər 500+ mesaj gəlirdi. Mən tək tək bu qruplara nəzər yetirmirdim. Onların həbs olunmaqlarına səbəb cinsi istismarla bağlı həqiqətlər idi. Həmin hadisə mən olmayan kakaotalk qrupunda baş vermişdi. Lakin, medya bunu Seungrinin söhbət qrupu kimi qələmə verdi və insanlar mənim də hadisənin içində olduğumu düşündü. Mənim tərkibində olduğum qrup bar açmaq üçün yaradılmış ayrı bir qrup idi. Bu qrupun həbs edilən Jung Joon Youngun cinayət işi ilə heç bir əlaqəsi yox idi. (Xatırlatma; Seungri JJY ilə sadəcə iş üçün olan Yuri holdinqin yatırım qrupunda olub.)

Seungri:

İstintaq xəyal etdiyimdən də betər idi, çox təhqir edici iddihamlar vardı və istintaq sadəcə mənim həbs olunmağım istiqamətində aparılırdı. Çox çətin idi amma bütün bunlara dözdüm. Prezident və baş nazir ortaya çıxdı. Elə bu səbəbdən polis məni həbs etməyə çox həvəsli idi. O vaxt yaşadığım qorxunu unuda bilmərəm. 160 nəfər polis təşkilatı və şöbələr məni araşdırırdı.

Qorxudan insanı əsdirən istintaqlar vardı və istintaq zamanı təhqiredici hallar yaşanırdı. Polis mənə “mən bir narkotik mütəxəssisiyəm. Sənin üzün narkotikə asılı olan insan üzüdür” -dedi. Polis rəsmi açıqlamalar vermir. Buna görə də hamı məni günahkar bilir. Hərbi xidmətdə günah daşı kimi yaşayıram. Dostlarım günahlarının cəzasını çəkirlər. Mən onlara bir insan və dost kimi səmimi davranmışdım amma onlar qorxduqları üçün “istintaqı tez bir şəkildə bitirmək istədim”demişdilər. 10 ildir belə dostlarla birlikdə olduğum üçün peşman oldum və acınacaqlı haldayam. Polis dəlilləri silmək və ölkədən qaçma kimi səbəblər göstərərək, 4 dəfə axtarış edib və telefonuma əl qoyub. Onlar telefonumu alıb, vəkilimlə nə haqqında danışdıqlarıma, şahidlərlə danışıb, danışmadığıml yoxlayıb. Dəlil olmadan həbsim istənildi və çətin istintaq altında idim. Polislərin üzündən “günahkar idol” oldum. Narahat olmayın, mən zəif deyiləm və meydan oxuyarcasına qazanacağam. Yenidən doğulacağıma söz verirəm. Mənim üzümdən çətin vaxtlar keçirən əməkdaşlarım, ailəm və köhnə şirkətim(YG) üçün üzgünəm. İnsanlara verdiyim sözü tutmaq üçün bütün istintaqlara qatıldım. Heç kim mənə inanmadı buna görə yalan dedektoru istədim. Orduya gedərək, qaçmaq məsələsinə gəldikdə isə, dəfələrlə hərbi xidmətə çağırış vaxtımı təxirə saldım və polislə əməkdaşlıq etdim. Məşhur olduğuma görə məni tənqid edənlərə haqq qazandırıram amma bir insan kimi bunlara dözmək çox çətin idi. Çətin idi amma dözdüm. Səsimi eşitdirmək üçün bu günü gözlədim.

TAGS:
Elmina Səfərova