//Seungri birbaşa hərbi məhkəmədə şahidlə üz-üzə gəldi

Seungri birbaşa hərbi məhkəmədə şahidlə üz-üzə gəldi

Dekabrın 9-da Seungrinin dördüncü məhkəməsi Gyeonggi-dodakı Yongin Quru Əməliyyatları Komandanlığı Baş Hərbi Məhkəməsində edildi.

Seungrinin ən yaxın dostu və ‘Dan’ Söhbət Qrupunun üzvü Cənab A, “Fahişəlik edən qadınları Yaponyadakı partiyə apardım ancaq, bu Yoo In-seokun təlimatı idi.”-deyə məhkəmədə bildirdi.

Seungri ən yaxın dostu A-ya “Mən 10 ildir ki, sənlə yaxın dostam və səni belə bir yerdə gördüyüm üçün məyusam. (Cənab A) Gələcəyə ümid bəsləyən bir aktyor idi ona görə də ona məşhurlaşması üçün kömək etdim. Ailəsi də mənə qarşı yaxşı idi. Həmçinin, A polisə fərqli şəkildə ifadə verib. Ancaq, polis bu ifadəni öz işinə yarayan formada təqdim edib.”
Məsələn, sual belə qoyulur;
Filan tarixdə Seungri ilə Yoo İn Seokun göndərdiyi qadınları sən yola salmışdın?
O da cavabında deyir ki ; “Hə”. Beləliklə, həmin hadisədə Seungrinin adı çəkilir və onun üzərinə atılır. Ancaq, sual belə qoyulmalı idi ki, ” o qadınları aparmağı sənə kim tapşırıb?”

Burning Sun ilə bağlı mübahisələrin mərkəzində dayanan Seungri, hiss etdiyi təzyiqi və ətrafındakı polis istintaqını dilə gətirdi. Bundan əlavə, A-nın ifadəsi fərqli şəkildə yazılsa da, polisə niyə yenidən baxılması üçün sərt bir müraciət edə bilmədiyini soruşdu.

Cənab A: İfadə verərkən, sadəcə hə və yox demişdim.Ancaq, ifadəmin üzərində o qədər düzəldilmiş sözlər var idi ki. “Müttəhim(Seungri) üçün məyusam. Ancaq, psixoloji təzyiq o qədər güclü idi ki, (polis istintaqı, medya, netizenlər) digər işlərin(Seungrinin məhkəmə işləri) təfərrüatlarına fikir vermədim.”

Elmina Səfərova