Kanq Danielə (Kang Daniel) ilk dəfə 2017-ci ildə Produce 101 (season 2) yarışmasının qalibi seçilib. Məhz, bu qalibiyyətdən sonra müğənni YMC Entertainment agentliyi tərəfindən təşkil olunan Wanna One qrupunun üzvü seçilib. 2019-cu ilin yanvar ayının 31-dən solo çıxış etməyə başlamışdır. Turistik şirkət Visit Seoul idol Kanq Danielə (Kang Daniel) həsr olunacaq “Danity Tour” adlı turistik marşurut yolu təşkil edərək pərəstişkarları sevindirməyə davam edir. “Danity Tour” sevilən müğənni Kanq Danielin fan qrupunun adı hesab olunur. Təqdim olunan səfər çərçivəsində Seul şəhərinin 4 əsas yerləri ziyarət olunacaq. Bu 4 yer müğənni Kanq Danielin özünün şəxsən olduğu məkanlar hesab olunur. Bu yerlərdə olmaq bütün pərəstişkarlar üçün xoş,unudulamaz təəsürat yaracağına Visit Seoul əmindir. Gəlin həmin yerlərlə birlikdə tanış olaq.
1-ci məkan Kanq Danielin 2018-ci ildə Pukxan dağların da ziyarət etdiyi Piano adlı kafedir.
2-ci məkan müğənninin Yonnam-donqda Weekend Playlist adlı şounun qonağı olduğu zaman LH2 restoranında aktrisa Ra Mi Ran (Ra Mi-ran), Kim Suk (Kim Sook) ilə ilk tanışlıq yeməyinin olduğu məkandır.
3-cü “Gyeongui Line Forest Park” adlı yerdir. Bu məkan müğənninin dayanaraq yol üstü nahar etdiyi məkan hesab olunur. Beləliklə, bu da turistlərin böyük marağına səbəb olur.
4-cü və sonuncu məkan Daniel meşəsi hesab olunan məkandır. Belə ki, bu meşə 2019-cu ilin may ayında, pərəstişkarlar tərəfindən salinib.
Təşkil olunan səfər haqqında daha ətraflı buradan oxuya bilərsiniz. Hörmətli Hansamo izləyənlər bəs siz bu səfərdə iştirak etmək istərdinizmi?
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020