//Seul Şəhər nəqliyyat sistemi ~ Avtobuslar

Seul Şəhər nəqliyyat sistemi ~ Avtobuslar

Şəhərin hər küncünü bir-birinə bağlayan 3 növ avtobuslar fəaliyyət göstərir: : İlban avtobus, Kvasok (ekspress) avtobus və Maeul avtobus.
Avtobus növü ~ İlban Avtobusları, bəzən şəhər avtobusları da adlandırılır və şəhər işərisində tez-tez görünən avtobuslardır. Seulda kodları və rənglərinə görə 4 növ avtobus var; mavi, yaşıl, qırmızı və sarı. Kodlar isə avtobusun ilk və son dayancağın göstərir.

Mavi Avtobus (간선버스 ~ bluse bus).

Mavi rəng olan avtobus 간선버스 [kansonbosı] ~ əsas avtobus adlanır və şəhərətrafı sahələri Seul şəhərinə birləşdirir. Üç növ mavi avtobus mövcuddur: bendable (büküləbilən) avtobus, aşağı platforma malik CNG (sıxılmış təbii qaz) avtobusu və müntəzəm CNG avtobusu. Bu avtobuslar qismən Seul şəhəri tərəfindən idarə olunur və digər avtobus növlərindən daha yüksək sürətlə və şəhər daxilində daha uzun məsafələrdə səyahət edir. Mavi rəng, Seulun silueti və Hangang (çayı) ilə təhlükəsizlik və azadlığı simvollaşdırır. Avtobusun kodu 3 rəqəmlidir. ilk rəqəm yola düşdüyü dayanacağı, ikinci rəqəm sonuncu dayanacağı və axrıncı rəqəm avtobusa aid individual rəqəmdir.

Yaşıl Avtobus (지선버스 ~Green Bus).

Yaşıl rəngdə olan 지선버스 [cisonbosı]  Seul şəhərindəki əsas metro stansiyaları və ya avtobus terminallarını birləşdirmək üçün xüsusi avtobus şirkətləri tərəfindən çevik şəkildə idarə olunur. Yaşıl Avtobuslar yaşayış yerlərini, metro xəttlərini və avtobus terminallarını birləşdirir və bir rayonda dolaşır. Yaşıl avtobuslar, transfer nöqtələrinə sərnişin daşımaq üçün Seulun içərisində şöbə xətləri üzərində işləyir.Şəhər avtobusu və hazırda fəaliyyət göstərən icma xidmət avtobusu ilə oxşardır. Yaşıl şəhərin ətrafını əhatə edən dağların rəngini simvollaşdırır. Avtobusun kodu 4 rəqəmlidir. ilk rəqəm yola düşdüyü dayanacağı, ikinci rəqəm sonuncu dayanacağı və axrıncı 2 rəqəm avtobusa aid individual rəqəmdir.

Sarı Avtovus ( 순화버스 ~Yellow Bus).

Sarı avtobuslar  순화버스 [sunhvabosı] yəni Sirkulyasiya edən avtobus adlanır, əsas turizm, ticarət və biznes sahələrini birləşdirən Mərkəzi Biznes Bölgəsində (Downtown sahəsi) dolaşır. Sarı Avtobuslat, Seulun mərkəzində, mavi avtobusların dayanacaqlarında və əsas dəmir yolu stansiyalarında, həmçinin biznes, turizm və ticarət sahələrinin dayanacaqlarına və ya yaxınlğına gedir. Sarı rəng, dinamik və səmimi bir görünüş üçün seçilib.Avtobusun kodu 2 rəqəmlidir. ilk rəqəm avtobusun gedib-gədiyi bölgəni, ikinci rəqəm  avtobusa aid individual rəqəmdir.

Qırmızı avtovus ( 광역버스 ~ Red bus).

Qırmızı avtobuslar 광역버스 (kvanqyoqbosı) yəni geniş sahə avtobusları adlanır. Qırmızı avtobus və ya ekspres avtobus, daha az dayanacaqda dayandıqları üçün  geniş sahələrə ən qısa vaxtda getməyi təmin edirlər. Bu avtobuslar ən rahat avtobuslardır və hər bir sərnişinə avtobusda oturmaq üçün oturacaq nəzərdə tutulub. Onların əsas məqsədi sərnişinləri Ilsan, Bundanq, Suji, Suwon, Anyang və Incheon kimi qonşu şəhərlərə asanlıqla və qısa vaxt ərzində aparmağı təmin etməkdir. Qırmızı avtobuslar heç bir nəqiliyyat kartlar ümün endirimlər təklif etmirlər. Avtobusun kodu 4 rəqəmlidir: ilk rəqəm getdiyi (Seula gəldiyi və ya digər şəhərlərə getdiyi) dayanacağı, ikinci rəqəm yola düşdüyü yeri, sonuncu 2 rəqəm avtobusa aid individual rəqəmdir.

Maeul Avtobuslar, daha az sərnişin tutan avtobuslardı, adətən yaşayış məntəqələrinə gedir və daha  qısa marşrutlar təşkil edir. Maeul avtobusları çox kiçik ölçülü olması səbəbiylə yerlərini tapmaq asandı.

Avtovus qiymətləri

  • Avtobus Daimi gənclər(13 – 18 yaş) uşaqlar(6 – 12 yaş)
    Blue·Green bus 1,150 won 1,150 won (T-Money 720 won) 450 won
    Maeul bus 850 won 550 won 300 won
    Yellow bus 950 won 800 won 350 won
    Red bus 1,950 won 1,800 won 1,200 won

T-CARD və ya T-money
İctimai nəqliyyat  vasitələrindən istifadə etmək üçün ən ucuz yol Avtobusdan avtobusa, avtobusdan metroya və ya əksinə ötürülə bilən inteqrasiya edilmiş bir ödəniş sistemidir. Sərnişinlərin bu kartı istifadə etdiyi zaman endirim təqdim edilir, belə ki, nağd ödəniş cəlb olunmur. (Qırmızı avtobusda endirim təklif edilmir). Bir başqa avtobus və ya qatara düçdükdən  30 dəqiqə sonra keçid edəcən zaman gediş pulsuz olur bu zaman avtobusdan düşəndə kartınızı oxutmalısız. T-kart əvvəlcədən ödənilmiş və ya ödənişli (kredit kartı vasitəsilə) ola bilər. Ödəniş kartınin qiyməti  2500 wondu. Hər bir metro stansiyasında və ya mağazada avtomatlaşdırılmış maşınlardan əldə edilə bilər. T-kartlara 1000- 90,000 won-ə qədər məbləğlər üçün şarj edilə bilər. Seuldan qayıdan istifadəçilər T-kart avtomat maşınlara geri qaytarıb  kartdakı qalıq məbləği  geri qaytara bilərlər.

Əliyeva Simuzər

Mən Əliyeva Simuzər~
Hansamo-Koreyasevərlər təşkilatının üzvü."hansamo.az" saytında yazar və redaktor. fb/koreyasevərlər qrupu moderatoru. Həmçinin @koreyaseverler Facebook səyfəsinin admini. @koreya_gram instagram hesabının idarəçisi
Əlaqə: simialiyeva@gmail.com / simuzar.aliyeva@hansamo.az
FB. Simzar Aliyeva
Instagram @simujjxx
Youtube:Simi JJ Aliyeva
Əliyeva Simuzər