Seul polisi Sınqri haqqında istintaq aparmadıqlarını bildirdi.
Polis yaxınlarda narkotik almaqla şübhələndikləri Burning Sun işcisi Ço(Cho)nun evində axtarış keçirdi. Polis axtarış zamanı ecstasy,Happy Ballon, ketamine və psixotrop preparatlarını aşkar etdi. Polis Çonun dərmanları necə əldə etdiyini və bunları kimə satdığını soruşdu. Gündəlik əməliyyatlarda iştirak edən Burning Sun işciləri ilə əlaqədar klubda müştərilərə sistemli şəkildə narkotik satdıqlarını müəyyən etmək üçün istintaq açıldı.
VIP müştərilərə narkotik tədarükü görməkdə günahlandırılan çinli işci Annanın evində bilinməyən mayelər və tozlar aşkar edildi. Polis maddələri analiz etmək üçün Milli Elmi İstintaq İnstitutuna göndərdi. Həmçinin Annanın ölkədən çıxışına qadağa qoyuldu.
Bir polis məmuru Bigbang üzvü Sınqri haqqında da istintaq açacaqlarını da bildirdi. “O ərəfədə Burning Sunın icraçı direktoru Sınqri idi. Biz Qanqnam klubunda işləyən MD və direktorların daxil olduğu istintaq açaraq , axtarışı genişləndirməyi düşünürük.” –dedi.
- Lee Jun Ki Çinin ‘WAVES 漫 潮’ jurnalında - 04 Yanvar 2021
- “Mianhae Jung In Ah” – ürək ağrıdan etiraza məşhurlar da qatıldı - 03 Yanvar 2021
- Seungri birbaşa hərbi məhkəmədə şahidlə üz-üzə gəldi - 09 Dekabr 2020