//“Seul Mükafatları” sahiblərinə təqdim olundu

“Seul Mükafatları” sahiblərinə təqdim olundu

Bu il 2-cisi keçirilən Seul Mükafatlarında ilin ən yaxşı filmləri, ən yaxşı serialları və ən yaxşı performans göstərən aktyorları mükafatlandırılıb.

Mükafat mərasimi 27 Oktyabrda, Kyung Hee Universitetindəki Sülh Salonunda keçirilib. Mükafat mərasiminin diktorluğunu aktrisa Kim A-Joong və gülüş ustadı Jung Hyun-Moo edib.

Bundan başqa mükafat mərasimində, keçən il keçirilən 1-ci Seul Mükafatlarında, “Confidential Assignment” filmi ilə “Ən Yaxşı Köməkçi Kişi” mükafatını qazanan Kim Ju-Hyeok üçün xüsusi olaraq 1 dəqiqə ayrılıb və mükafat mərasimindəki nitqi təkrar göstərilib. Kim Ju-Hyeok, bu çıxışdan bir neçə gün sonra keçirdiyi bir yol qəzasında təəssüf ki, həyatını itirmişdi.

Aşağıdakı siyahıda, 2-ci Seul Mükafatlarının laureatlarına yer verilmişdir.(guneykoresinemasi.com)

Film Kateqoriyasında:

Böyük Mükafat: “The Spy Gone North”
Ən Yaxşı Aktyor Mükafatı: Ha Jung-Woo (Along With the God’s: The Last 49 Days)
Ən Yaxşı Aktrisa Mükafatı: Son Ye-Jin (Be With You)
Ən Yaxşı Köməkçi Aktyor Mükafatı: Ju Ji-Hoon (Along With the God’s: The Last 49 Days & The Spy Gone North)
Ən Yaxşı Köməkçi Aktrisa Mükafatı: Ye Soo-Jung (Along With the God’s: The Last 49 Days)
Ən Yaxşı Yeni Aktyor Mükafatı: Nam Joo-Hyuk (The Great Battle)
Ən Yaxşı Yeni Aktrisa Mükafatı: Kim Da-mi (The Witch)
Populyarlıq Mükafatı: Son Ye-Jin, Do Kyung-Soo

Serial Kateqoriyasında:

Böyük Mükafat: “My Mister”
Ən Yaxşı Aktyor Mükafatı: Lee Byung-Hun (Mister. Sunshine)
Ən Yaxşı Aktrisa Mükafatı Kim Nam-Joo (Misty)
Ən Yaxşı Köməkçi Aktyor Mükafatı: Yoo Yeon-Seok (Mister. Sunshine)
Ən Yaxşı Köməkçi Aktrisa Mükafatı:: Moon So-Ri (Life)
Ən Yaxşı Yeni Aktyor Mükafatı: Park Hae-Soo (Prison Playbook)
Ən Yaxşı Yeni Aktrisa Mükafatı: Jo Bo-Ah (Goodbye to Goodbye)
Populyarlıq Mükafatı: Seohyun & Jung Hae-In
Xüsusi Aktyorluq Mükafatı: Heo Joon-Ho (Come and Hug Me)

Qalibləri biz də təbrik edirik.

Ləman Həşimli

Mən Ləman Həşimli - Hansamo təşkilat qrupunun üzvü və sosial media meneceri.
"Hansamo" jurnalının və Hansamo.az saytının redaktor və yazarı.
Əlaqə: leman.hesimova@hansamo.az
hashimli.laman@gmal.com
Fb/ Ləman Həşimli
IG/ hashimli.leman
Ləman Həşimli

Latest posts by Ləman Həşimli (see all)