//Seul mərkəzində keçən Çonqçon kanalı

Seul mərkəzində keçən Çonqçon kanalı

Cheongcheon kanalı Seulun mərkəzində yerləşir və 11 km uzunluğundadır. Han çayının kiçik bir qolu olan kanalın keçmişi Coson xanədanlığı dövrünə qədər gedir. Koreya müharibəsi zamanı (1950-1950) tullantı sular və zibillər kanalı kirlənməyinə səbəb olmuşdu. Müharibədən sonra üzərində yol tikilmişdir. Ancaq alınan qərarla 2002-2005-ci illərdə yol dağıdıldı və kanal bu günkü vəziyyətə gətirildi.

Başlanğıcda qurumaq üzrə olan kanala, Han çayı və qollarından həmçinin metro stansiyalardakı yeraltı sularda 120.000 tona yaxın su çəkilmişdir.
Yeniləmə proyektindən sonra 11km kanalın üzərində bir-birindən fərqli dizaynda 22 körpü tikilmişdir. Kanalın hər iki tərəfində gəzinti yeri, mağaza və kafelər var. Kanalı hər gün 60.000 turist ziyarət edir.

Əliyeva Simuzər

Mən Əliyeva Simuzər~
Hansamo-Koreyasevərlər təşkilatının üzvü."hansamo.az" saytında yazar və redaktor. fb/koreyasevərlər qrupu moderatoru. Həmçinin @koreyaseverler Facebook səyfəsinin admini. @koreya_gram instagram hesabının idarəçisi
Əlaqə: simialiyeva@gmail.com / simuzar.aliyeva@hansamo.az
FB. Simzar Aliyeva
Instagram @simujjxx
Youtube:Simi JJ Aliyeva
Əliyeva Simuzər