//“Selection – Girls’ War” adlı serialın əsas aktyor heyəti müəyyən oldu

“Selection – Girls’ War” adlı serialın əsas aktyor heyəti müəyyən oldu

 

TV Chosun kanalının dekabr ayının 15-də yayımlanması planlaşdırılan “Selection – Girls’ War” adlı serialın əsas aktyor heyəti müəyyən oldu. Serial tarixi, fantastik janrda çəkiləcək. Serialın süjet xətti kral ailəsinin bir üzvü olaraq, var-dövlət, güc qazanmaq istəyən iki cəsur qızdan bəhs edir. Aktrisa Ci Se Yon (Jin Se Yeon) serialın baş rol obrazını canlandıracaq. Serialda sevilən aktrisa əkiz bacısının qatilini axtarıb tapmağı üçün güclü olmağa calışır. Güc və səlahiyyətə malik olmağın yeganə yolu kralın həyat yoldaşı olmaqdır deyə düşünür. Bunun üçün o, kralın qəlbini qazanmalıdır. Ağıllı və cazibədar kral obrazını isə aktyor Kim Min Kyo (Kim Min Kyu) canlandıracaq. Aktrisa İ Yul Im (Lee Yul Eum) kralın qəlbini qazanmaq uğrunda mübarizə aparan ikinci rəqib qızdan biridir. Bununla yanaşı serialın əsas aktyor heyətinin rol həmkarları İ Si On (Lee Si Eon) və Do Sanq Vudur (Do Sang Woo). Çəkiliş heyəti 5 ən məşhur aktyorun eyni serialda yer alması serialın möhtəşəm olacağına dəlalət etdiyini iddia edir.