//“Secret Royal Inspector” serialının ilk fraqmenti yayımlandı

“Secret Royal Inspector” serialının ilk fraqmenti yayımlandı

Əsas heyətində, L, Nara, İ Yİ Kyonq və İTe Hvanın olduğu, KBS-nun “Secret Royal Inspector” adlı yeni serialının ilk fraqmenti yayımlandı.

Serial, Coson dövründə kral tərəfındən xüsusi olaraq təlimatlandırılan gizli bir kral müfəttişinin ətrafında baş verir. Vəzifəsi xalqın problemlərini dinləmək, qeyri-qanuni işlərlə və rüşvətxorluqla məşğul olmuş dövlət adamlarını cəzalandırmaqdır.

L serialda gizli kral müfəttişi olan Sonq Yi Kyom xarakterini canlandıracaq. Eyalət imtahanında birinci olur və Honqmonqvanda idarə və axtarış bölümündə işə başlar. Bir gün qumar oynarkən tutulur və cəza olaraq, gizli kral müfəttişi olur.

Serialın rejissoru  “Queen: Love And War”, “Grand Prince”, “Sweet Stranger and Me”, “Gunman in Joseon” ve “The Princess’ Man” seriallarının rejissoru olan Kim Conq Mindir.

Serialın ilk bölümü dekabrın 21-i yayımlanacaq.

Behbudzadə Aydan