//“Secret Boutique” serialının şəkil və video tizri yayımlandı

“Secret Boutique” serialının şəkil və video tizri yayımlandı

 

SBS kanalının sentyabr ayının 18-də yayımlanması planlaşdırılan “Secret Boutique” serialının ilk video tizrı yayımlandı. Serialın süjet xətti siyasət aləminin əsas adamlarından biri olan, eləcə də Kannam şəhərində yerləşən J-Boutique adlı dükanın sahibi Cennidən bəhs edir. Serialda dükanın sahibəsi olan Cenni obrazını Kim Son Ah (Kim Seon-ah), yetimlər evində böyüyən, böyük bacısı Cenniyə qarşı həssas vəkil obrazını aktyor Kim Ce Yonq (Kim Jae-yeong) , Cenni ilə ailə qurmağa hazırlaşan Hevi Con Hyok obrazını isə Kim Te Hun (Kim Tae-hoon) canlandıracaq. Yayımlanan video tizr toy mərasimi ilə başlayır. Yayımlanan videoda kadr arxası gələn səslər “Keçmişdə baş verən qəzaya görə, bu günə kimi susanların hamısı cəzalanaq”, “-Bacı mən sənin xoşbəxt olmağını istəyirəm”, “-Mən heç vaxt olmadığım qədər xoşbəxtəm” sözləri deyilir. İntiqam hissi ilə yaşayan baş qəhramanı nələr gözlədiyini serialı seyr etdikdən sonra görəcəyik. Hələlik, gəlin yayaımlanan şəkil və video tizrə baxaq.