//SBS kanalının yeni serialı “No One Knows” baş rol qəhrəmanları məlum oldu

SBS kanalının yeni serialı “No One Knows” baş rol qəhrəmanları məlum oldu

 

2020-ci ilin ilk yarsında yayımlanması planlaşdırılan “No One Knows” polis, detektik, cinayət janrında çəkiləcək. Serialın baş rol qəhrəmanları sevilən aktrisa Kim So Hyonq (Kim Seo-Hyung) və Ryo Dok Hvandır (Ryu Deok-Hwan). Baş qəhrəman qadınlara qarşı zorakılıq törədən, serial cinayətlər törədən cinayətkara qarşı mübarizə dəstəsinin rəhbəridir. Əməliyyatların bində baş qəhrəmanının ən yaxın rəfiqəsi qatı cinayətkarın qurbanı olur. 19 il əvvəl baş vermiş bu acı hadisəni hec cürə unuda bilməyən detektiv, həmişə özünü günahkar bilir. Günlərin bir günü həmin cinayətkar yenidən serial cinayətlər törətməyə başlayır. Bu dəfə detektiv onu tutacağına və intiqamını alacağına özünə söz verir. Bu axtarış artıq şəxsi intiqama çevrilib.