//SBS kanalının “Alice” adlı yeni serialının ilk video tizri yayımlandı

SBS kanalının “Alice” adlı yeni serialının ilk video tizri yayımlandı

 

Serial, emosiyası olmayan məşhur detektivdən bəhs edir. Belə ki, sözü gedən detektiv “Alice” hesabına zamanda səyahət edə bilir. Növbəti səyahəti zamanı o, peşəkar fizik ilə tanış olur. Həmin fizik çoxdan rəhmətə gedib. Serialın yayımlanan ilk tizerində baş qəhrəmanın uşaqlıq xatirələri təqdim olunur. Daha sonra baş qəhrəman anasının ölümünə səbəb olan günahkarların tapılmasını özünə söz verir. O, belə deyir “Anamı öldürən qatili tapmaq mənim borcumdur”. Kadr arxasından gələn səs “qəribə və şübhəli kimsə ilə rastlaşdıqda dərhal mənə de, son zamanlar ölkədə çox qəribə hadisələr baş verir” sözləri səslənir. Serialın 2020-ci ilin ilk aylarında yayımlanması planlaşdırılır.  Qeyd edək ki, serialın baş rol qəhrəmanlırı Cu Von (Joo Won), Kim Hi Sondur (Kim Hee Sun).