//SBS kanalı Ci Çanq Vukla (Ji Chang Wook) bağlı izahat, açıqlama verdi

SBS kanalı Ci Çanq Vukla (Ji Chang Wook) bağlı izahat, açıqlama verdi

 

Sevimli aktyorun agentliyi “Glorious Entertainment” Sınqri qalmaqalı ilə bağlı verdiyi açıqlamadan sonra SBS kanalı yayılan xəbərlərlə bağlı izahat verib. Qeyd edək ki, mart ayının 23-də yayılan şəkilləri  SBS kanalının araşdırma və tədqiqat proqramı üzə çıxartmışdır. Proqramda göstərilən şəkillər səhv anlaşılaraq insanlarda sevimli aktyora qarşı şübhə yaradıb. Pərəstişkarların narazılığı və “Glorious Entertainment”-in açıqlamasından sonra SBS kanalı yanlış anlama ilə bağlı öz açıqlamasını verib. Açıqalmada deyilir.

“Mart ayının 23-də bizim vasitəmiz ilə ekranlarda göstərilən şəkil Madam Lininin əsl kimliyinin araşdırılmasından başqa bir şey deyil. Biz bu şəkil vasitəsi ilə demek istəyirdik ki, Madam Lin şou biznes və əyləncə adamları ilə nə qədər yaxındır. Bununla yanaşı qeyd edək ki, efirdə Ci Çanq Vuk (Ji Chang Wook) ilə yanaşı Ronaldonunda şəkili göstərilmişdir. Bu, onların “Burning Sun” ilə əlaqəsi olduğunu üzə çıxarmaq kimi məqsəd daşımırdı.

İş orasındadır ki, çəkiliş qrupunun səhvi ucbatından Ronalda ilə olan şəkildə məşhurun üzü gizlədilmiş amma Ci Çanq Vuk (Ji Chang Wook) ilə olan şəkildə açıq aşkar göstərilmişdi. Əslində Ronaldonun adını biz verliş əsnansında dəfələrlə işlətmişdik, Onun üzünü gizlətməli deyildik amma yanlişlıqla Ci Çanq Vuk (Ji Chang Wook) ilə onu səhv salaraq Ronaldonun üzünü gizlətmişik. Biz Ci Çanq Vukun (Ji Chang Wook) üzünü hamıya göstərmək niyyətində deyildik. Bİz Ci Çanq Vukun (Ji Chang Wook) “Burning Sun” əlaqəsi olduğunu demək istəmirdik.  Bu şəkillərlə biz Madam Linin Koreya əyləncə aləminin üzvləri ilə nəqədər yaxın olduğunu göstərməkdən başqa məqsədimiz və niyyətimiz olamamışdır.

— SBS

Gəlin birlikdə göstərilən şəkillərə baxaq. Aşığıda göstərdiymiz şəkillər SBS kanalında yayımlanan şəkillərdir. SBS kanalının verdiyi açıqlamaya əsasən Ronaldonun yanında dayanan xanım Madam Lindi.