//SBS-in yeni serialı olan “Hyena” -nın afişası və fraqmenti yayımlandı

SBS-in yeni serialı olan “Hyena” -nın afişası və fraqmenti yayımlandı

Baş rollarında Kim Hye-Soo və Ju Ji-Hoon oynadığı SBS-in yeni serialı olan “Hyena” -nın afişası və fraqmenti yayımlandı.

Serial Cənubi Koreyada 1% yuxarı sinif üçün çalışan bir qrup hüquqşünas ətrafında fırlanır.

Kim Hye-Soo dramda vəkil olan Jung Geum-Ja obrazını canlandırır. Bu, qanun və qanunsuzluq, ədalət və ədalətsizlik, etika və korrupsiya, nəyin bahasına olursa olsun pula çatmaq üçün hər şeyi edən həqiqi birkaftardır (yırtıcı heyvan). Ən güclü yaşamaq instinktinə sahibdir və buna görə də hər şeyə dözmək gücünə malikdir. Serialın adı buradan gəlir. Hyena-na Azərbaycan dilində ekvivalenti kaftardır.

Serialın rejissoru “You Who Came From the Stars” ve “Tree With Deep Roots” seriallarının rejissoru olan Jang Tae-Yoodur.

Serialın ilk bölümü fevralın 21-də yayımlanacaq. Ayrıca, seriyanın SBS ekranlarında yayımlanmasından bir saat sonra, Netflix platformasında dünya tamaşaçıları ilə görüşəcəkdir.

Əliyeva Simuzər