Bugün keçirilən Gayo Daejeon 2019 etibarlı səhnə təşkil etmədiyi üçün pərəstişkarlar tərəfindən tənqid edilir.
Belə ki, bugün səhnədə bir çox sənətkar ya yıxılıb, ya da yıxılma təhlükəsi ilə üz-üzə qalıb.
Red Velvet üzvü Wendy məşq zamanı yıxılıb, çanaq sümüyü ilə ayaq biləyini sındırıb.
Monsta X üzvü Min Hyok (Minhyuk) və İ.M performans göstərdikləri zaman sürüşüblər və yıxılma təhlükəsi yaşayıblar.
NCT üzvü Teyonq (Taeyong) performans zamanı sürüşüb və yıxılıb.
İTZY üzvü Yeci (Yeji) performans zamanı az qalsın ki, yıxılırmış.
MAMAMOO üzvü Solar qırmızı xalçada yıxılıb.
Çonqha (Chungha) və Twice məşq zamanı səhnənin çox sallandığını və qorxduqlarını bildirib.
BTS məşq zamanı səhnədə problem olduğunu deyib. Onlarla birlikdə səhnə alan Saranq (Sarang) adlı balaca qız məşq zamanı yıxılıb. Performans zamanı, Cin (Jin) və V sürüşüb və yıxılmaqdan son anda xilas olub.
Bu qədər şeyə baxmayaraq, səhnəyə heç bir müdaxilə olunmayıb. Buna görə də, pərəstişkarlar #ReleaseApologySBSGayo tağını gündəmə salıblar.
- Reper İron vəfat etdi. - 25 Yanvar 2021
- Dispatch ilin ilk cütlüyünü açıqladı - 01 Yanvar 2021
- Maskaların belə yaraşıqlarını gizlədə bilmədiyi məşhurlar. - 13 Dekabr 2020