//“Save me-2” serialının tizr və şəkilləri yayımlandı

“Save me-2” serialının tizr və şəkilləri yayımlandı

 

OCN kanalının yeni serialı olan “Save me-2″-nin yeni tizri və şəkilləri yayımlandı. Serialın may ayının 5-də Koreya vaxtı ilə saat 23:00 da nümayış olunacağı planlaşdırılır.

Birinci tizrdə “Wolchoori” qəsəbəsi təqdim edilir. Həmin qəsəbədə çoxlu yağış yağır, qəsəbənin girəcəyində xəbərdarlıq tablosunda “Sel daşqınına meyilli ərazi” qeyd olunub. Çəhrayı çantalı qızı, naməlum maşın izləyir. Qara ayaqqabılı kişi harasa tələsir. Sonda isə kişi səsi gələrək belə deyir “Burada hamı dəli olub”.

İkinci tizrdə isə “Uca Tanrım “Wolchoori”  qəsəbəsinin sakinlərini, bir-biri ilə birləşərək, pis ruhları qovmasına yardımçı ol” deyir.

Serialın sujet xəti haqqında aşağıdakı linkdən oxuya bilərsiniz.