//Sasenq fan Red Velvet-dən Joya instagramda canlı yayım zamanı dayanamadan zəng edirdi

Sasenq fan Red Velvet-dən Joya instagramda canlı yayım zamanı dayanamadan zəng edirdi

Pann

Аyrin (İrene), Sılqi (Seulgi) və Joy hoteldə nömrədə olan zaman İnstagramda canlı yayım açdılar və bu zaman sasenq fan Joya dayanmadan zəng etməyə başladı. Əvvəlcə o, gülümsəyərək zəngə cavab verməyin dedi, amma fan onu təngə gətirdiyi üçün o, qəzəbləndi və sakitcə zəngi ləğv etdi.

1. [+84, -2] Deyəsən SM-in sasenqləri xüsusilə zəhlətökəndirlər…

2. [+61, -3] Bu canlı yayım çox məzəli idi ㅋㅋㅋㅋ Adətən mən yayımların yalnız bir hissəsinə baxıram, amma bunu sona qədər izlədim, çünki çox əylənirdim. Qızlar əyləncə şoularında olduqlarından daha çox gülməli idilər. Xüsusilə Ayrin məni heyrətləndirdi, onun həyatdakı imici bizim televizorda gördüyümüzdən tamamilə fərqli imiş.

3. [+51, -0] Onlar ümumiyyətlə məşhurların telefon nömrələrini necə tapırlar ?

4. [+31, -3] EXO elə sasenqlərə görə Instagramda canlı yayım keçirmirlər. Onlara daima zəng etməyə başlayırlar. Buna görə də onlar uçuş rejimində vay-faya qoşulur və ya Ipad istifadə edirlər.

5. [+26, -1] Ən pis sasenq fanlar bu şirkətinkilərdir. Qrupların çoxunun telefonunda sasenqlər onları bezdirməsin deyə daima uçuş rejimi aktivdir.

6. [+15, -1] Onların telefon nömrələri bu dəlilərin nəyinə gərəkdir?

7. [+14, -0] Joy yəqin ki, qorxub.

8. [+11, -0] Məncə Joy öz telefon nömrəsini dəyişməlidir. Yəqin ki, sasenq fan nömrənin ona aid olub-olmadığını canlı yayım zamanı dəqiqləşdirmək istəyirdi.

KPKF

“Ciddən, axı nə vaxt Koreyada sasenq məsələsi ilə yaxından məşğul olacaqlar? Mən artıq 8 ildən çoxdur ki, k-popdayam və bu məsələdə necə sakitlik idisə hələ də dəyişilməyib. Həm Koreyada, həm də xaricdə sasenq məsələsi ilə nəsə etmək lazımdır. Və bunu təcili etmək lazımdır ki, günahsız idol, heyət və ya hətta ictimai olmayan insanın başına qorxunc bir şey gəlməsin.

“Bunlar dəqiq lənət olası stalkerlərdir. SM onların hər birini cəzalandırmalıdır. EXO-nun o qədər sasenqləri var ki, bəzən düşünürəm ki, niyə şirkət bunu boşuna buraxır.”

“Bəzi insanların adi ləyaqətləri belə yoxdur və mən bunu görüb kədərlənirəm. Kədərli və məyusedicidir ki, SM-in idolları bütün bunlardan keçməli olurlar.
Çətin ki, sasenqlər və onların etdiklərinə qarşı ayrıca dövlət qanunu qəbul edilər, lakin bu istiqamətdə mütləq nəsə edilməlidir ,xüsusilə də şəxsi məlumatların qorunması sahəsində (telefon nömrələri, şəxsiyyət vəsiqələrinin seriya nömrəsi, üvanlar və s. )”

“O gərək sasenq fanın nömrəsini kameraya göstərərdi və onun elə həmin an işi bitərdi.”

“Sasenq mədəniyyəti ölməlidir. Nöqtə. Sevdiyiniz idolun telefon nömrəsi nəyinizə gərəkdir axı? Оyanın, bu lənətə gəlmiş fanfik deyil.”