//Samsung şirkəti Blackpink üzvlərinə xüsusi hədiyyələr bağışladı

Samsung şirkəti Blackpink üzvlərinə xüsusi hədiyyələr bağışladı

SBS via Nate

1. [+1,358, -58] Samsung qatlanan smartfon hədiyyəsi ilə nə demək istəyirmiş? Yəni dükanı qatlamaq vaxtıdır?

2. [+908, -89] Siz bu qrupa nə qədər istəsəniz pul xərcləyə bilərsiniz, amma gözləməyin ki, səhmləriniz satılacaq, çünki onlar YG-dəndirlər ㅋㅋㅋ

3. [+836, -45] Əminəm ki, onların hər biri iphone istifadə edir ㅋㅋㅋ

4. [+45, -12] Smartfonları BTS və ya Twice-a hədiyyə etsəydilər daha yaxşı olardı. Agentliyi sayəsində Blackpink-in imici çox da yaxşı deyil.

5. [+37, -11] Mən hədiyyələri BTS-ə verərdim

6. [+36, -16] LG artıq BTS ilə sponsor müqaviləsi bağlayıb, buna görə də Samsungun heç olmasa xaricdə məşhur olan Blackpink-i cəlb etməkdən başqa seçimi yox idi. LG kimi maneəsi olmasaydı, Samsung artıq çoxdan BTS oğlanlarının qapısını döymüşdü ㅋㅋㅋㅋㅋ

7. [+29, -7] Niyə mənə elə gəlir ki, onlar hədiyyələrlə şəkil çəkdirib, sonra isə qırağa qoyub öz iphone-larını istifadə etməyə davam etdilər? ㅋㅋㅋ

8. [+26, -8] Görünür, Samsung-un marketinq şöbəsində çox da ağıllı adamlar işləmir. Mən hədiyyələri ən yaxşısı BTS üzvlərinə verərdim ㅋㅋ

9. [+24, -7] Samsung-un marketinq şöbəsi işini çox pis görür . Onlar öz yeni qadcetlərini  Son Hınqmin (Son Heung Min) və ya BTS sayəsində yaya bilərdilər ㅋㅋㅋㅋㅋ Və bunu mən Blackpink qızlarının çox gözəl olduğunu bilən acoşşi kimi deyirəm ㅋㅋㅋㅋ

10. [+20, -6] Əgər onlar beynəlxalq mətbuatın diqqətini cəlb etmək istəyirdilərsə smartfonu Son Hınqminə göndərməli idilər. Yeri gəlmişkən yarımfinala keçdiyinə görə əla hədiyyə olardı.

11. [+17, -5] Оnlar onsuzda öz Iphone-larını istifadə edəcəklər.

12. [+17, -6] LG son zamanlar Samsungu tez-tez qabaqlayır. Deyəsən, Samsung tamamilə cəldliyini itirib.

NB

“Mən eşitmişəm ki, bu qatlanan smartfon sahibləri artıq çoxlu problemlərlə üzləşib.”
-> “Heç təəccüblənmədim. Əlbəttə ki, bu, smartfonlar üçün yeni inkişaf mərhələsidi, amma mən heç vaxt ilk nəsil cihazı almaram. Çətin ki, istehsalçılarda ilk başdan ideal məhsul alınır.”

“Mərc gələk, hətta bu şəkillər belə onların iphone 10-u ilə çəkilib?”
-> “Əslində Lisa və Rose hal-hazırda Samsunga üstünlük verirlər.”
-> “BP QIZLARI IPHONE-U UCUZ GÖRÜNMƏYƏ VADAR EDİR:

–> “Оhо, əgər bu şəkil olmasaydı, yeni klipdəki qulaqcıq reklamını heç görməzdim.”
—> “Razıyam. Telefon çox açıq reklam olunurdu, amma qulaqcıqları və Rose səhnəsindəki smart-saatını klipə baxanda heç görməmişdim:

“Qızlar Samsung tədbirində çıxış ediblər, buna görə də hədiyyə aldılar. Niyə insanlar deyir ki, onları BTS-ə vermək lazım idi? Ölürəm gülməkdən.”

“Lisa hal-hazırda İnstagramda ən çox izləyici sayı olan k-pop idoldur. Əlbəttə, Samsung qrupla sponsorluğa imtina etmədi. Bu kifayət dərəcədə ağıllı marketinq taktikasıdır.”

“Aydındır, indi də bu adamlar özlərini elə aparır ki, guya Blackpink boş yerdir. İyrənc.”