//Ryu Cun Yolun (Ryu Jun-yeol) “Money” filmi 4-gün ərzində 1 milyon izləyici sayına çatdı

Ryu Cun Yolun (Ryu Jun-yeol) “Money” filmi 4-gün ərzində 1 milyon izləyici sayına çatdı

Mart ayının 20-də ekranlara ekranlara verilən “Money” filmi martın 23-də 1 milyon izləyici sayına çatıb. Film eyni adlı roman əsasında çəkilib. Film fond birjasının əməkdaşından bəhs edir. İşə yeni başlayan baş qəhrəman birdən birə varlanmaq arzusuna düşür. Arzusuna çatmaq uçün o, müxtəlif dələduzlarla gizli şəkildə əməkdaşlıq edir. Bu əməkdaşlığın axırı çox pis nəticələnir. O özünü anlaşılmaz oyunun içində tapır. Filmin sonu çox maraqlıdır. Baş qəhrəmanı nə gözlədiyini filmə baxandan sonra biləcəyik. Filmin baş qəhrəmanı Ryu Cun Yoldur (Ryu Jun-yeol).