//Roy Kim, Eddy Kim və Çe Conq Hun(Choi Jong Hoon) haqqında polis açıqlamadı

Roy Kim, Eddy Kim və Çe Conq Hun(Choi Jong Hoon) haqqında polis açıqlamadı

FT Island-ın köhnə üzvü Çe Conq Hun(Choi Jong Hoon), Roy Kim(Kim Sanq vu) və Eddy Kim(Kim Jonq Hvan) pornoqrafiya videoları paylaşmaqdan günahlandırıldılar. Xüsusi ilə də Çe Conq Hun qanunsuz çəkilişləri etiraf etdi.

Seul Şəhər Polis İdarəsi, 11 apreldə baş tutan mətbuat konfransında qrupda olan qanunsuz video paylaşan Çe Jonq Hunun cəzalandırılacağını bildirib.

Roy Kim və Eddy Kimin isə prokurorluğa göndəriləcək. Hər ikisi şəkil və video çəkmədiklərini bildirsələrdə qrupda olan video və şəkilləri yekləyərək paylaşdıqlarını etiraf ediblər.

Eyni söhbət qrupunda olan köhnə BİGBANG üzvü Sınqrinin istintaqı hələ bitməyib. Sınqrinin ədəbsiz videolar paylaşdığından şübhələnilir. Ancaq videoların qanunsuz olub olmadığı təsdiqlənməyib.

 

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova