//“Rookie Historian Goo Hae Ryung” serialının fraqmenti yayımlandı

“Rookie Historian Goo Hae Ryung” serialının fraqmenti yayımlandı

 

MBC kanalının iyul ayının 17-də yayımlanması planlaşdırılan serialının video-tizrləri yayımlandı. Serial 19-cu əsrdə yazdığı tarixi məqalələrə görə ittiham olunan Qu He Ra adlı qızdan bəhs edir. Ümumiyyətlə serialda qadınların yaşadıqları cinsi ayrıseçkilik və digər önəmli məsələlər haqqında yer ayrılıb. Sözü gedən mövzu daim gündəmdədir və indiki dövürdə də aktual mövzulardan biridir. İllər keçməsinə baxmayaraq, qadınların yaşadıqları, üzləşdikləri problemlər hələ də dəyişməz olaraq qalır. Maraqlı mövzusu ilə hamının diqqətini özünə çəkən serialın baş rol qəhrəmanları Şin Se Kyonq (Shin Se Kyung), Şa In Vu (Cha Eun-Woo), Park Ki Vunq (Park Ki Woong), İ Ci Hundur (Lee Ji Hoon).