//“Romantic Doctor Kim”-in 2-ci mövsümü yayımlanacaq. Seriala İ Sonq Kyonq(Lee Sung Kyung) və An Hyo Sob(Ahn Hyo Seop) da qatılacaq

“Romantic Doctor Kim”-in 2-ci mövsümü yayımlanacaq. Seriala İ Sonq Kyonq(Lee Sung Kyung) və An Hyo Sob(Ahn Hyo Seop) da qatılacaq

SBS-nin “Romantic Doctor Kim”  serialının 2-ci sezonunun əsas aktyor heyəti məlum oldu !

Sentyabrın 18-də Han Sok Kyu serialın ikinci mövsümünə qayıdacağını və ona İ Sonq Kyonq(Lee Sung Kyung) və An Hyo Sob(Ahn Hyo Seop)-nun da qatılacağını bildirildi. Hər üç aktyor əvvəllər seriala qoşulmaq üçün danışıqlarda olmuşdular, lakin indi onların serialda görünüşü təsdiqləndi.

“Romantic Doctor Kim”, 2016-cı ilin Noyabrından 2017 Yanvar ayına qədər davam edən məşhur bir SBS serialı idi və tibb mütəxəssislərinin həqiqi təsviri, ürəkaçan mesajları ilə sevildi. Seriala ilk mövsümündə Han Sok Kyu, Yu Yon Sok(Yoo Yeon Seok) və So Hyon Cin (Seo Hyun Jin) rəhbərlik etmiş və bu müddət ərzində 27,6 faiz reytinqə çatmışdır.

Artıq serial, 2020-ci ilin yanvar ayında efirə çıxan ikinci mövsümlə yenidən qayıdacaq. Ssenarist Kanq In Kyonq, rejissor Yu İn Şik və baş rol ifaçısı Han Sok Kyu ikinci sezona qayıdacaqlar və onlara İ Sonq Kyonq ilə An Hyo Sob qatılacaq.

Han Sok  Kyu dahi Müəllim Kim kimi rolunu təkrarlayacaq, İ Sonq Kyonq isə təhsil almaqdan zövq alan və ömrünün çox hissəsi üçün bir elit tələbə yolunu inamla davam etdirən kardiocərrahiyyə şöbəsində ikinci kurs işçisi Ça In Ce rolunu oynayacaq. An Hyo Sob, böyüdüyü çətinliklərə görə xoşbəxtliyə inanmayan ikinci bir tibb işçisi So U Cin rolunu alacaq, ancaq əməliyyat edərkən təsir edici konsentrasiya və istedad səviyyələrini göstərir.

Samhwa Networks istehsal şirkəti, “Yığılan dəyərlərə aydınlıq gətirmək üçün bir daha görüşdük. Kanq In Kyonq, Yu İn Şik və Han Sok Kyu əla bir hekayə yaratmaq üçün bir daha güclərini birləşdirdilər və İ Sonq Kyonq ilə An Hyo Sob gənc nəslin narahatlıqlarını və duyğularını əks etdirməyə qərar verdilər, zəhmət olmasa onların hekayələrini gözləyin.”

“Romantic Doctor Kim”-in 2-ci mövsümünün premyerası 2020-ci ilin yanvar ayında planlaşdırılır.

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova