//Reper İron vəfat etdi.

Reper İron vəfat etdi.

Reper İron 29 yaşında vəfat etdi.

Polisin verdiyi məlumata görə, 25 yanvar Koreya saatı ilə səhər 10:25-də Seul şəhərindəki Jung-go yaşayış kompleksinin mühafizəçisi tərəfindən huşsuz vəziyyətdə və çiçək yatağında yaralı olduğu aşkar edilmişdir. Daha sonra yaxınlıqdakı xəstəxanaya aparıldı və orada öldüyü bildirildi. Hələlik ölüm səbəbi ilə bağlı əlavə məlumat yoxdur. Hələlik qətldə şübhə yoxdur deyən polis, “Ancaq araşdırmanı davam etdirdiyimiz üçün ölümü intihar kimi təsdiqləyə bilmərik”

İron ilk olaraq Mnet hip-hop sağ qalma proqramı “Show Me The Money 3” sayəsində ictimaiyyətə tanındı və proqramı ikinci olaraq tamamladı.  Proqramdakı müvəffəqiyyətindən sonra öz musiqisini çıxardı, eyni zamanda Hyolyn, Jooyoung, SHINee üzvü Jonghyun, AOA-dan Jimin və Kim Bum Soo da daxil olmaqla bir çox Koreya musiqiçiləri ilə əməkdaşlıq etdi.

İron bu yaxınlarda yeniyetmə otaq yoldaşına beysbol dəyənəyi ilə hücum etdiyi üçün polis tərəfindən araşdırıldı.  O, 2016-cı ildə marixuana istifadəsi, habelə 2018-ci ildə keçmiş sevgilisinə təcavüz və təhdid ittihamları ilə mühakimə olundu. 2018-ci il təcavüzünə görə iki il şərti cəza və 80 saat ictimai iş cəzasına məhkum edildi.

TAGS:
Aysel Musazade
Latest posts by Aysel Musazade (see all)