Red Velvet-dən Sılqi(Seulgi) tvN-in “The Crowned Clown” serialına səsi ilə qoşuldu.
12 fevral saat 18:00-da Sılqinin serial üçün səsləndirdiyi “Always” OST-u musiqi saytlarında yayımlandı. Emosianal ballad mahnı İ Se Yonq(Lee Se Young)-un Yo Cin Qu(Yeo Jin Qoo)-a olan hisslərini ifadə edir.
”Always” piano və simli çalğı alətlərinin ahənginin incə bir melodiyası ilə başlayır. Sılqi mahnıda əbədi sevgi ilə bağlı olan sözləri şeir kimi söyləyir. İkinci hissədə yüksək notalara qalxarkən mahnının emosianallığı da eyni zamanda yüksəlir.
“The Crowned Clown” serialı bazar ertəsi və çərşənbə günləri yayımlanır. “Always” OST-unu aşağıdan dinləyə bilərsiniz.
Latest posts by Elmina Səfərova (see all)
- Guiness Dünya Rekordları ROSÉnin iki dünya rekordu qırdığını açıqladı - 09 Aprel 2021
- f(x)dən Victoria SM Entertainment ilə yollarını ayırdı - 09 Aprel 2021
- EXO qrupu yeni albomu ilə geri dönüş edəcək - 09 Aprel 2021