//Real hadisələr əsasında çəkilən 7 Koreya filmi

Real hadisələr əsasında çəkilən 7 Koreya filmi

 

Koreya bütün dünyada məşhurluq qazana bilən müxtəlif məzmunlu filmlər yayımlayır. Real hadisələr əsasında çəkilən ən məşhur filmlərin siyahısını sizə təqdim edirik. Bəlkə də siz bu filmlər ilə tanış olanda, onların həqiqətən real hadisələr əsasında çəkildiyinə çox təəcüblənəcəksiniz.

1-ci “The Admiral: Roaring Currents” 2014

Baş rollarını Çoi Min Sik (Choi Min-sik), Ryu Sınq Tyonq (Ryu Seung-ryong), Ço Cin Vunq (Cho Jin-woong) oynadığı bu film Koreya film tarixində 17.6 milyon izlənmə sayı qazanan filmdir. Film tarixə düşmüş dəniz döyüşlərindən və Koreya tarixindən bəhs edir.

 

2-ci Silenced 2011

Baş rollarını Qonq Yu (Gong Yoo), Conq Yu Mi (Jung Yu-mi) oynadığı film, səlahiyyətli şəxslər tərəfindən uşaqların başına gələn faciəvi cinayətlərdən və həmin cinayətləri gizlətməyə çalışan yüksək vəzifəli şəxslərdən, hadisə qurbanlarının zorla susdurulmasından bəhs edir. Biz filmdə uşaqları müdafiə edən, onların hüquqlarını qoruyan, dəhşətli cinayətin üstünü örtməyə çalışanlara qarşı mübarizə aparan müəllimi görürük.

 

3-cü The Chaser 2008

Aktyor Kim Yun Sok (Kim Yoon-seok), Ha Conq Vu (Ha Jung-woo), So Yonq Hi (Seo Young-hee) oynadığı film Yun Çexyol adında, ardıcılıq olaraq ölüm cinayətləri törədən cinayətkardan bəhs edir. Filmə baxdıqca həyatda belə cinayətkarların olduğunu bilmək insanı ürküdür.

 

4-cü Memories of Murder 2003

Baş rollarını Sonq Kanq Ho (Song Kang-ho), Kim Sanq Konq (Kim Sang-kyung) oynadığı film, Koreya tarixdə ən çox çox səs-küy yaradan filmdir. Belə ki, film 10 qadını işgəncəli şəkildə zorlayan, cinayətkarın hələ də aşkarlanmadığı reallığını əks etdirən filmdir.

 

5-ci The Case of Itaewon Homicide 2009

Baş rollarını Canq Kın Sok (Jang Keun-suk), Conq Cin Yunq (Jung Jin-young) oynadığı film 22 yaşında gənc oğlanın tələbələrin təşkil etdiyi tədbirdə, naməlum şəkildə ölməsindən bəhs edir.

 

6-cı A Taxi Driver 2017

Baş rollarını Sonq Kanq Ho (Song Kang-ho) oyandığı film Kvandju hadisələrindən bəhs edir. Filmdə alman əsilli jurnalistin istəyi ilə, etirazçıların saxlandığı yerə getməli olan, sürücü orda baş verən hadisələrin, cinayətlərin şahidi olur. Həmin jurnalistin yazdığı məqalər, çəkdiyi şəkillər, videolar nəticəsində dünya bu vəhşilikdən xəbərdar olur. Amma iş orasındadır ki, onu ora aparan sürücüyə minnətdar olan jurnalist, həmin sürücün əsl kimliyindən hələ də bixəbərdir.

 

 

7-ci New Trial 2017

Baş rollarını Conq Vu (Jung Woo), Kanq Na Nıl (Kang Ha-neul) oynadığ film, günahsiz olmasına baxmayaraq 10 il həbs cəzsı çəkən cavan oğlandan bəhs edir. Belə ki, cinayətdə şahid olan gənc, cinayətkara çevrilir. 10 il həbs cəzası çəkdiydən sonra, azadlığıa buraxılan oğlan tanınmış vəkilin vasitəsi ilə günahsız olduğunu isbat edir. Amma bu onun 10 il həbsdə itirdiyi ömrü geri qaytarmır. İnsanın ruhunu parçalayan, təəsüfkeşliklə dolu film, insanı düşünməyə vadar edir.

Yuxarıda adı sadalan hər bir filmə baxmağınızı tövsiyə edərdim. Həqiqətən real hadisələr əsasında çəkilən filmlər çox təsirli olur.