Rapper B-Free 14 iyulda Twitter vasitəsi ilə BTS və ARMYlərdən üzr istəyib.
O, yazısında bildirib:
“BTS-ə və pərəstişkarlarına səbəb olduğum bütün duyğusal ağrılardan ötürü üzr istəyirəm. Məni bağışlayın. Ən xoş arzularımla.”
Rapper daha sonra BTS-dən başqa bir Tweetdə bəhs etdi və bu səfər koreya dilində yazdı.
“Keçmiş davranışlarım üçün BTS və BTS-in pərəstişkarlarından üzr istəyirəm. Bunu bir gün üz-üzə deyəcəyimi düşünürdüm ama hələki düşüncələrimi bu şəkildə ifadə edirəm.”
Daha öncə 2013-cü ildə BTS-dən Suga , RM, B-Free və başqa hip hop sənətciləri “Kim Bong Hyun’s Hip-Hop Invitational 1st Anniversary Broadcast” adlı verlişinə qatılmışdılar. Bu zaman B-Free “BTS-in albomlarımızı dinləmədiklərinə əminik. BTS-in mahnılarını da dinləməmişik.” -deyə bildirmişdi.
Raperdən daha sonra BTS üzvlərini necə tanıdığı və onlar haqqındakı düşüncələri soruşuldu. Bu zaman B-Free : “ Sizlər rapper olmaq yolunda irəliləmiş ola bilərsiniz amma bu cazibəni uda bilmərsiniz.” -deyə RM və Suga-ya atmaca atıb. Bununlada qalmayan repper daha sonra “Bu BTS-in hip-hopudur?” “Hip-hop səhnədə qız kimi makyaj etməkdir?” kimi suallarda verib.
Pərəstişkarlar B-Freedən üzr istəməyini istədiyi zaman B-Free:
“Bu qədər insanın üzərində belə təsir göstərəcəyini bilmirdim amma yenədə 20 dəqiqədən artıq müddətdir ki dediklərimi düşünürsünüzsə, bütün səmimiyyətim ilə sevgili tapmağınızı məsləhət görürəm.”
B-Free 2016-cı ildə də BTS-dən üzr istədiyi yazılar paylaşıb.
“Pis rəylərim üçün üzr istəyirəm. Bunu etməyə məcbur deyildim. Mən böyüdüm və nə edirlər etsinlər başqalarına nifrət etmək doğru deyil.”
- Dispatch G-DRAGONvə Jennienin sevgili olduğunu açıqladı - 24 Fevral 2021
- Lee Jun Ki Çinin ‘WAVES 漫 潮’ jurnalında - 04 Yanvar 2021
- “Mianhae Jung In Ah” – ürək ağrıdan etiraza məşhurlar da qatıldı - 03 Yanvar 2021